Birləşmiş Krallıqda təhsil almaq üçün əksər beynəlxalq tələbəyə təhsil vizası lazımdır. Əgər siz də beynəlxalq tələbəsinizsə və İngiltərədə oxumaq istəyirsinizsə, o zaman vizaya ehtiyacınızın olub-olmadığını öyrənmək üçün Böyük Britaniya hökumətinin veb saytına baxa bilərsiniz. Həmçinin əgər siz azərbaycan vətəndaşısınızsa və 6 aydan uzun müddət İngiltərədə qalacaqsınızsa, o zaman İngiltərə təhsil vizasına müraciət etməli olacaqsınız.
![İngiltərə təhsil vizası 3 İngiltərə təhsil vizası](https://xaricdetehsil.in/wp-content/uploads/2023/10/Student-Visa-in-the-UK-Mobile.jpg)
Bu yazıda aşağıdakı məlumatlar öz əksini tapır:
Təhsil almaq üçün viza tipləri
Tələbə vizası sizə Böyük Britaniyada yaşamağa və təhsil almağa icazə verəcək və nəzərə almaq vacibdir ki, müraciət səbəblərindən asılı olaraq vizanın tipi də dəyişə bilər:
Əgər siz 11 aydan az müddətdə ingilis dili kursunda iştirak edəcəksinizsə, o zaman qısamüddətli tələbə vizasına müraciət etməlisiniz.
Və ya siz yetkinlik yaşına hələ çatmamısınızsa (4-17 yaşınız varsa) və məktəbdə oxumaq üçün Böyük Britaniyaya gəlirsinizsə, o zaman Uşaq Tələbə vizası üçün müraciət etməlisiniz.
Əgər siz ali təhsil almaq məqsədilə İngiltərəyə gəlirsinizsə, o zaman Tələbə vizasına müraciət etməlisiniz.
Təhsil vizası üçün müraciət prosduru
Bu zaman sizə lazım olan sənədlər aşağıdakılardır:
- Qəbul aldığınız universitetin sizə göndərdiyi CAS (Confirmation of Acceptance for Studies), yəni qəbul məktubu
- Ümumivətəndaş passportu
- Əvvəlki vizaların, giriş və çıxış möhürlərinin surəti
- Ərizə forması
- Ailə tərkibi haqqında arayış
- Doğum haqqında şəhadətnamə
- Müraciət edən şəxsin xərclərini qarşılayacağını sübut edən sənəd (bank çıxarışı)
- Tələbə vizasına müraciət etmək üçün sizdən ingilis dili bildiyinizi sübut edən rəsmi dil sertifikatı (IELTS və ya TOEFL)
- Biometrik şəkil (arxa fon ağ rəngdə olmaqla)
- Rüsum (tələbələr üçün £363)
Qeyd: Unutmayın ki, universitetiniz sizə bu müddət ərzində məsləhətlər verəcək və buna görə də dəstək üçün onlarla əlaqə saxlamaqdan çəkinməyin.
Təhsil vizası ilə işləmək
Ən çox soruşulan suallardan biri də tələbə vizası ilə işləməyin mümkün olub-olmamasıdır.
Böyük Britaniyada bir çox beynəlxalq tələbələr yarımştat işdə də işləyirlər. Bəzi tələbələrə həftədə 20 saata qədər işləməyə icazə verilir. İş axtarmağa başlamazdan əvvəl işin növünü və ya icazə verilən vaxtda hər hansı bir məhdudiyyətin olub-olmadığını öyrənmək üçün universitetinizin rəsmi qaydalarını yoxlaya bilərsiniz.
Məzun olduqdan sonra Böyük Britaniyada qalmaq
Tələbələri maraqlandıran digər bir mövzu isə məzun olduqdan sonra Böyük Britaniyada qalmağa icazə verilib-verilməməsidir.
Vizanızın bitmə tarixi təhsilinizin müddətindən asılıdır. Növbəti addımlarınızı buna uyğun planlaşdıra bilmək üçün vizanın nə vaxt bitəcəyindən əmin olun. Məsələn, Birləşmiş Krallıqda oxumağa davam etdirmək niyyətindəsinizsə, vizanızın vaxtını uzada bilərsiniz.
Eyni zamanda Birləşmiş Krallıqda təqaüdlü təhsil- Chevening proqramı ilə maraqlanırsınızsa, əvvəlki məqalələrimizə keçid edərək ətraflı məlumat ala bilərsiniz.