Bu dəfə yalnızca bir ölkədə deyil, bir neçə ölkədə TAM təqaüdlü təhsil imkanı yaradan Erasmus Mundus təqaüd proqramı ilə bağlı ətraflı məlumat verəcəyik! Bu təqaüd proqramı ilə maraqlanırsınızsa, o zaman bu yazıya diqqət etməyinizdə fayda var.
![Erasmus Mundus Təqaüd Proqramı 2024 (Tam Təqaüd) 2 erasmus mundus
təqaüd proqramı
avropada tehsil](https://xaricdetehsil.in/wp-content/uploads/2023/11/erasmus-mundus-scholarship-programme.jpg)
Erasmus Mundus Təqaüdü Haqqında
Erasmus Mundus proqramı Avropa Komissiyası tərəfindən yaradılmış bir təşəbbüsdür. Əsas məqsədi isə dünyanın hər yerindən olan tələbələri keyfiyyətli təhsillə təmin etməklə yanaşı olaraq onları tam təqaüdlə təmin etməkdir. Bu təqaüd proqramı vasitəsilə tələbələrin hər semestri fərqli ölkədə yaşamaq, həmin ölkənin prestijli universitetində təhsil almaq və fərqli mədəniyyətlərlə yaxından tanış olmaq imkanı var.
Sayı 3-dən 4-ə qədər Avropa ölkəsinin prestijli universitetlərində təhsil almaq istəyən tələbələr Erasmus Mundus Birgə Magistr Dərəcəsi (EMJMD) Təqaüdünə müraciət edə bilərlər. Bu təqaüd proqramı, bütün tələbələrin Avropada təhsil alması üçün ən prestijli təqaüd proqramlarından sayılır.
Ən önəmlisi isə, Erasmus Mundus Birgə Magistr Təqaüdü çərçivəsində seçilmiş namizədlər hər semestrdə fərqli universitet və fərqli ölkədə təhsil alacaq və ikili diploma sahib olmaq şansı qazanacaqlar.
Təqaüd proqramı, demək olar ki, bütün akademik sahələri və ixtisasları əhatə edir. İl ərzində dünyanın hər yerindən olan 2500-ə yaxın tələbəyə bu imkan yaradılır. Magistratura proqramları adətən 12 ilə 24 ay arasında davam edir.
Təfərrüatlar: Erasmus Mundus Təqaüdü 2024
Ölkə : Avropa Birliyi ölkələri və Birləşmiş Krallıq (Həmçinin də proqramdan asılı olaraq qeyri-avropa ölkələri)
Dərəcə: Magistratura
Təqaüd Təminatı: Tam Təqaüd – Tam Maliyə
Son müraciət tarixi: Proqramdan asılı olaraq dəyişir və bəziləri Mart 2024 kimi çəkəcək.
Mövcud olan ixtisasların siyahısı
Mövcud 163 proqramdan birinə müraciət edə bilərsiniz. Onların müraciətləri açıqdır. Hər bir proqramın təfərrüatlarını, son tarixləri, meyarları və tələbləri buradan yoxlaya bilərsiniz.
- Mühəndislik
- Kompyuter elmləri
- Biznes
- İqtisadiyyat
- Hüquq
- Humanitar elmlər
- Sosial Elmlər
- Tibb
Proqram ölkələri:
Qeyd olunduğu kimi, bu proqram vasitəsilə yalnızca 1 Avropa ölkəsində deyil, hər semstri müxtəlif Avropa ölkəsində təhsil ala bilərsiniz. Bu ölkələr siyahısına aşağıdakılar aiddir:
- Almaniya
- Avstriya
- Belçika
- Bolqarıstan
- Çexiya
- Danimarka
- Estoniya
- Finlandiya
- Fransa
- Gürcüstan
- Hollandiya
- Xorvatiya
- İrlandiya
- İspaniya
- İsveç
- Kipr
- Latvya
- Litva
- Lüksemburq
- Macarıstan
- Malta
- Polşa
- Portuqaliya
- Rumıniya
- Slovakiya
- Sloveniya
Təqaüd üçün Uyğunluq Meyarları
- Rəsmi ingilis dili sertifikatı (IELTS və ya TOEFL)
- Hər proqram üçün ən azı orta hesabla IELTS-də 6,5 bal qəbul edilir.
- GRE tələb olmasa da, bəzi proqramlarda tövsiyə olunur.
- İş təcrübəsi tələb olunmur, lakin tövsiyə olunur.
- Ən azı 15 illik təhsili olan şəxslər müraciət edə bilərlər
- Yaş məhdudiyyəti yoxdur.
- GPA balı 2.5 (77-79) ilə 3.0 (83-86) arasında olan insanlar da seçilmişdir. Beləliklə, aşağı GPA sahiblərinə də şans verilir.
QEYD: Hər müraciət edəcəyiniz proqrama əsasən tələblər fərqli olacaqdır.
Təqaüdə necə müraciət etmək olar?
Erasmus Mundus Təqaüd Proqramına rəsmi portal-dakı proqram səhifələri vasitəsilə müraciət edə bilərsiniz. Ümumilikdə isə, rəsmi portala daxil olaraq proqram siyahısına nəzər yetirməli və maraqlandığınız proqram üçün tələbləri gözdən keçirməlisiniz. Müraciəti təsdiqləməzdən əvvəl bütün məlumatları və tələbləri yenidən yoxlamağınız tövsiyə olunur.
Erasmus Mundus Təqaüdü – Maliyə Dəstəyi
Bu təqaüd proqramı beynəlxalq tələbələrin xaricdə magistr təhsili almaq üçün bütün xərclərini qarşılayır:
- Aylıq Təqaüd (ayda təxminən 1100-1200 Avro)
- Ödənişsiz təhsil
- Səyahət xərci
- Beynəlxalq aviabiletlər
- Ölkədən Ölkəyə Səyahət Müavinəti
- Təhsildən sonra Avropada iş axtarmaq icazəsi
Qeyd: Ən diqqətəlayiq məqam budur ki, Erasmus proqramına “Avropanın Fulbraytı” da deyilir. Yuxarıda sadalananan üstünlüklərə əlavə olaraq, bu prestiji də nəzərə almaq lazımdır.
Qısacası, bu təqaüd proqramı həm Akademik, həm də Beynəlxalq mükəmməlliyi özündə ehtiva edir. Belə ki, proqramın əsas məqsədi Avropanın yüksək səviyyəli təhsil müəssisələrində tələbələri beynəlxalq magistratura və doktorantura proqramları ilə təmin etməklə onları peşəkar bilik və bacarıqlara təşviq etmək və gələcəyin peşəkarlarını yetişdirməkdir. Eyni zamanda proqram Avropanın ali təhsil müəssisələri ilə tərəfdaş ölkələr arasında əməkdaşlığı gücləndirmək məqsədi də daşıyır.
Erasmus Mundus təqaüd proqramı tələbələrin təhsil haqlarını qarşılamaqla yanaşı olaraq, onların səyahət xərclərindən tutmuş, sağlamlıq sığortasına qədər bütün yaşayış üçün lazım olan məbləği qarşılayır. Maliyə dəstəyi proqramıdan və təhsil müddətindən asılı olaraq dəyişir.
Yuxarıda ətraflı şəkildə əks edilmiş uyğunluq meyarları və müraciət prosesinə nəzər yetirdikdə görərik ki, əslində bu proqrama özünə, biliyinə və akademik göstəricilərinə güvənən hər bir şəxs müraciət edə və uğurlu karyera başlanğıcı olan bu təqaüd proqramının faydalarından yararlana bilər. Odur ki, müraciət etməyin tam vaxtıdır!
Erasmus Mundus təqaüdləri sırasında olan Erasmus Mundus Master GOALS haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, məqaləmizə keçid edə bilərsiniz.