Almaniya, Avropanın coğrafi və mədəni mərkəzində yerləşir. Bu ölkə, qədim tarixi, mədəni zənginliyi və iqtisadi qüdrəti ilə bütün dünyada tanınır. Bir çox böyük mədəni və elmi şəxsiyyətlərin doğulduğu bu torpaqlar, həm də texnologiya və innovasiya sahəsindəki nailiyyətləri ilə məşhurdur. Mədəniyyət sahəsində, Almaniya Beethoven, Bach, Goethe və Einstein kimi bir sıra böyük mədəni və elmi şəxsiyyətləri dünyaya bəxş etmişdir. Ayrıca, Alman mətbəxi də unudulmazdır – özünə məxsus sosis, pivə və lezzətli keksləri ilə tanınır. Bu məqaləmizdə Almaniyada təhsil, yaşam və xaricdə təhsil ilə bağlı digər nüanslar barədə önəmli məlumatları tapa bilərsiniz.
Bu bloqa daxildir:
- Almaniyada təhsil almağın ən yaxşı cəhəti nədir?
- Almaniyada təhsil kimlər üçün ödənişsizdir?
- Almaniyada təqaüdlə təhsil almaq mümkündürmü?
- Almaniyada təhsil üçün universitetlərə nə vaxt müraciət etməli?
- Almaniyada təhsil ingilis dilində mümkündürmü?
- Almaniyada yaşam xərcləri
- Alman səfirliyində səni nə gözləyir?
- Almaniyada təhsil almağın ən çətin hissəsi nədir?
- Almaniyada, ümumiyyətlə, hava necədir?
- Epiloq!
Almaniyada təhsil almağın ən yaxşı cəhəti nədir?
Almaniya, dünya miqyasında təhsil sahəsində bir marka olaraq tanınır. Bu ölkə, yüksək keyfiyyətli universitetləri, ödənişsiz təhsili ilə tələbələr üçün böyük cazibə mənbəyi kimi xarakterizə olunur. Bəs Almaniyada təhsil almağın əsas üstünlükləri nələrdir?
İlk olaraq, qiymət faktoruna diqqət yetirək. Almaniyada bir çox dövlət universitetində bakalavr və magistr dərəcələri üçün təhsil haqqı tələb olunmur. Bu, tələbələrin dünya standartlarında təhsil almağını mümkünləşdirən ən önəmli nüansdır.
İkincisi, keyfiyyət. Almaniyanın təhsil sistemi, ağırlaşdırılmış tədqiqatlara və praktika əsaslı təlim-tərbiyəyə fokuslanmışdır. Elə bu səbəbdən Alman universitetləri, beynəlxalq reytinqlərdə daima yüksək yerlərdədir.
Üçüncü olaraq, Almaniya tələbələrə beynəlxalq dostluğu ilə yanaşır. Universitetlər, bir çox proqramda İngilis dilində tədris təklif edir, bu da dil baryerini aşağı salır.
Dördüncüsü, Almaniya’nın məişət və yaşayış standartları. Tələbələr üçün yaşayış şəraiti nisbətən ucuzdur və ölkə, əla infrastruktura və ictimai xidmətlərə malikdir.
Axırıncı olaraq, Almaniya’da təhsil aldıqdan sonra iş imkanları. Tələbələr, xüsusən də STEM sahələrində, məzun olduqdan sonra iş imkanlarına rahat yiyələnə bilirlər.
Xülasə olaraq, Almaniyada təhsilin ən böyük üstünlüyü, az maddi yüklə yüksək standartlı təhsil almaqdır. Bu, tələbələrin birinci sinif təhsil almağını daha çox əlçatan edir və ölkənin dünya miqyasında təhsil üçün populyar bir destinasiya olmasına səbəb yaradır.
Almaniyada təhsil kimlər üçün ödənişsizdir?
Alman universitetləri, ümumiyyətlə, bakalavr və magistr proqramları üçün aşağı və ya ödənişsiz seçimləri ilə tanınır. Buna görə də, hər il dünyanın müxtəlif ölkələrindən çoxlu sayda beynəlxalq tələbə, Almaniyada ödənişsiz təhsil almaq üçün müraciət tələblərini qarşılamağa çalışır.
2014-cü ildən Almaniyada təhsil almaq istəyən Avropa İttifaqı və ya Aİ üzvü olmayan bakalavr tələbələri üçün Almaniyanın 16 əyalətində dövlət universitetlərində təhsil ödənişsizdir. Sizdən yalnızca inzibati xərclər, ictimai nəqliyyat səbəbilə hər semestr üçün 100-350 € arasında bir semestr haqqı tutulacaq.
Almaniyada təqaüdlə təhsil almaq mümkündürmü?
Almaniya hökuməti həmçinin də müxtəlif qurumlar ali təhsilə dəstək olmaq məqsədilər dünyanın hər yerindən olan tələbələrə həm ödənişsiz təhsil, həm də maliyyə dəstəyi təklif edir. Bu təqaüdləri və barələrində kiçik məlumatları sizlər üçün təqdim edirik.
DAAD Təqaüd Proqramı:
Alman Akademik Mübadilə Xidməti həm yerli, həm də beynəlxalq tələbələr və tədqiqatçılar üçün təklif edilən maliyyə yardımı proqramıdır. Təqaüd sığorta, dil kursunu, səyahət xərclərini qarışlamaqla yanaşı, aylıq müavinətlə də sizi təmin edir.
Beynəlxalq Tələbələr üçün Heinrich Boll Təqaüdləri:
Heinrich Boll Fondu beynəlxalq tələbələrə, o cümlədən qaçqınlara bütün dərəcə səviyyələrində təqaüd verir. Fond əsasən STEM sahələrini (Elm, texnologiya, mühəndislik, riyaziyyat) və xüsusilə də Ətraf Mühit elmlərinə yönəlmiş proqramları öyrənməyi planlaşdıran tələbələrə maliyyə yardım ayırır. Bundan başqa təqaüdlər jurnalistika, iqtisadi və ya hüquqşünaslıq və incəsənət dərəcələri üzrə təhsil almağı planlaşdıran tələbələr üçün də nəzərdə tutulmuşdur
Bayer Vəqfləri:
Bayer Fondu müxtəlif tədqiqat layihələri həyata keçirməyi planlaşdıran tələbələrə təqaüdlər verir. Təqaüd həm Alman, həm də beynəlxalq tələbələr üçün nəzərdə tutulmuşdur. Tələbələr üçün yeganə tələb odur ki, onlar mükəmməl akademik nəticələr təqdim etməli və tədqiqat layihəsi innovativ mövzuya və yanaşmaya yönəlməlidir.
Konrad-Adenauer-Stiftung (KAS) Təqaüdləri:
Almaniyada magistr və ya PhD təhsili almağı planlaşdıran beynəlxalq tələbələr bu təqaüdə də müraciət etmək hüququna malikdirlər. Ərizəçinin yaşı 30-dan az olmalı və öz ölkəsində universitet təhsili almış olmalıdır. Ərizəçilər həmçinin yüksək akademik göstəricilər təqdim etməli və öz ölkələrində cəmiyyətə fayda verən könüllü işlərdə fəal iştirak etməlidirlər.
Friedrich Ebert Stiftung:
Bu təşkilat sosial və siyasi məsələlərə meyli olan alman və beynəlxalq tələbələrə təqaüdlər verir. Ərizəçilər orta səviyyədən yuxarı akademik nəticələrə malik olmalı və mülki məsuliyyət hissi nümayiş etdirməlidirlər. Tələbələr aylıq 1000 avroya qədər təqaüd ala bilərlər ki, bu da onların qeydiyyat haqlarını, tibbi sığortanı və aylıq tələb olunan kitabları və digər təhsil materiallarını əhatə edə bilər.
Mawista Təqaüdü:
Bu təqaüd xaricdə təhsil almağı planlaşdıran uşaqlı tələbələrə təklif olunur. Təqdim olunan məbləğ ayda təxminən 500 avrodur.
İnkişaf etməkdə olan ölkələrdən tədqiqatçılar üçün Marie Curie Beynəlxalq Təqaüdləri (IIF):
Bu təqaüdlər dünyanın digər yerlərindən Avropa daxilində hərəkət edən tədqiqatçılar üçün açıqdır. Bu təqaüd Almaniyada doktoranturadan sonrakı tədqiqatları davam etdirməyi planlaşdıran beynəlxalq tələbələrə verilir. Təqdim olunan məbləğ ildə 15.000 Avroya qədər ola bilər.
Almaniyada təhsil üçün universitetlərə nə vaxt müraciət etməli?
Əsasən 1 may – 15 iyul və ya 1 noyabr – 15 yanvar tarixləri arasında Almaniyada universitet təhsili üçün müraciət edə bilərsiniz.. Universitetlərdə tədris ilinin başlanğıcı adətən sentyabr-oktyabr, fevral-mart aylarında olur. Alman dilini bilməmək Almaniyada universitet təhsili almağa problem yaratmır. Qeyd edək ki, yuxarıda göstərilən tarixlər ümumidir. Müraciət üçün son tarixlər universitetlərə və proqramlara görə dəyişir.
Almaniyada təhsil ingilis dilində mümkündürmü?
Alman universitetləri keyfiyyətli və prestijli təhsil istəyən tələbələr üçün dünyada ən yaxşı seçimlərdən biridir. Son illərdə bir çox universitetlərdə ingilis dilində tədris olunan ixtisasların yaradılması ilə Almaniya, təhsil üçün daha cəlbedici ölkəyə çevrilib.
Almaniyada ingilis dilində təhsili adətən magistratura səviyyəsindədi. Lakin hər il tədrisi ingilisə olan bakalvr yönümlü ixtisasların sayı da artıq. Bununla yanaşı bir çox özəl universitetlərdə həm bakalavr, həm də magistratura pillələrində ingilis dilində təhsili verilsə də, qiymət baxımından çox sərfəli olduğunu söyləmək olmaz.
Almaniyada tədirisi ingilis dilində olan proqramlara qəbul olmaq üçün müraciətşilər ingilis dilini yaxşı bilməli və bunu TOEFL və ya IELTS ilə sənədləşdirməlidirlər. Bundan əlavə, ingilis dilində magistr proqramlarının kvotaları çox məhdud olduğu üçün namizədlər bunu əvvəlcədən yaxşı planlaşdırmalı və ən azı 4 ay əvvəldən ərizələrini verməlidirlər. İngilis dilində magistr proqramları üçün müraciətlər adətən aprel-iyul aylarında başa çatır.
Almaniyada yaşam xərcləri
Almaniyada təhsil alarkən yaşam xərclərinizin böyük bir hissəsini kirayə üçün ayırmalı olacaqsınız. Təbii ki, qida və kommunal xərclər də daxil olmaqla əlavə xərcləri nəzərə almaq gərəklidir.
Almaniyada yaşamaq üçün lazım olacaq təxmini orta aylıq xərclər:
- Mənzil kirayəsi: 500€
- Tələbə yataqxanası: 300€
- Qida: 150 – 200€
- Nəqliyyat: 50 – 100€
- Telefon, internet: 20 – 40€
Almaniyada tələbə kimi yaşamaq bahalı olmayacaq, lakin bu orta yaşayış xərcləri seçdiyiniz şəhərdən, vərdişlərinizdən və büdcənizi planlaşdırmağınızdan asılı olaraq dəyişə bilər.
Almaniyada ərzaq qiymətləri bahadır?
Xaricdə yaşayış minimumu baxımından Almaniya, İngiltərə və ya Amerika kimi ölkələrlə müqayisədə çox əlverişlidir. Deyə bilərik ki, Almaniyada təhsil almaq üçün universitetə müraciət edərkən büdcənizlə bağlı çox narahat olmayacaqsınız. Ölkədə qida xərclərinə xərclənən pul ayda təxminən 150 – 200 avro olacaq. Özünüz üçün yemək bişirmək üçün sərfəli qiymətlər və endirimlər olan supermarketlər tapa bilərsiniz və təzə tərəvəz və meyvələr üçün yerli bazarları seçə bilərsiniz.
- 500 q çörək – 1,27 €
- Restoranda yemək – 8€
- 1 litr süd – 0,79 €
- 12 yumurta – 1.77€
- 1 kilo düyü – 1.79€
- 1 kilo pomidor – 2,62€
- 1 kilo kartof – 1.32€
Almaniyada nəqliyyat xərcləri yüksəkdir?
Almaniyada tələbə olaraq təhsil alarkən, universitetinizlə yaşayış yeriniz arasında, xüsusən Berlin və Münhen kimi böyük şəhərlərdə avtobus, qatar və metro kimi nəqliyyat şəbəkələrindən istifadə etməyi tələb edəcək bir məsafə ola bilər. Velosipedlə çata biləcəyiniz, piyada və ya daha qısa məsafələrdə olan universitet şəhərləri də var.
- İctimai nəqliyyat üçün bir tərəfli biletin qiyməti: 1.00-2.00€
- Aylıq ictimai nəqliyyat haqqı: 70€
- Gündəlik velosiped icarəsi qiyməti: 15-20€
- Deutsche Bahn qatar sistemi ilə şəhərlərarası nəqliyyat haqqı: 20-70€
Alman səfirliyində səni nə gözləyir?
Viza müsahibəsi
Viza müsahibənizdə Almaniyada niyə təhsil almaq istədiyinizi, qəbul olunduğunuz universitetdə və şöbədə niyə oxumaq istədiyinizi, bu qərarı verərkən hansı digər şəhər və universitet variantlarını araşdırdığınızı açıq şəkildə izah edə bilməlisiniz. Azərbaycanlı təlbələr artıq sənədləşməni aracı qurum həyata keçirdiyindən viza müsahibəsinə girmirlər. Lakin səfirlik ehtiyac duyduğu halda müsahibə təyin etmk hüququnu özündə xaslayır.
Maliyyə Adekvatlığı Sertifikatı
Almaniyada təhsil və yaşayış xərclərinizi necə qarşılayacağınızı aydın və məntiqli şəkildə bəyan etməlisiniz. Bunun üçün 2 yol var. Birincisi, Almaniyada adınıza açılacaq bank hesabına müraciət etdiyiniz il üçün konsulluğun müəyyən etdiyi pulu yatıra bilərsiniz. Bu, ərizənizi qiymətləndirmək üçün ən uyğun variantdır. Bu rəqəm minimum 11.208 Avro civarındadır və sizə aylıq 970 Avro hissə-hissə ödənilir. Digər üsul Almaniyada xərclərinizi ödəmək üçün Almaniya vətəndaşı və yaxud oturumu olan şəxs (zəmanətçi – qəyyum) tapmaqdır. Bu şəxs sizin təhsil və yaşayış xərclərinizi ödəyəcəyini rəsmən bəyan edir. Nəzarət və yoxlama nəticəsində bu şəxsin zəmanəti məqsədəuyğun hesab edilərsə, vizanızı ala bilərsiniz. Diqqət etmək gərəklidir ki, zəmanətçinin əmək haqqı, bank hesabındakı pul və aktivləri proses üçün uyğun olmalıdır.
Tələb olunan sənədlər
- Ən azı 12 ay etibarlı olan pasport
- Viza ərizə forması və bəyannamə,
- Son 6 ay ərzində çəkilmiş ağ fonda və biometrik 3 ədəd pasport ölçülü fotoşəkil;
- Viza rüsumu,
- Qəbul edəcəyiniz təhsil müəssisəsindən həftədə ən azı 20 dərsin qəbulu haqqında sənədin əsli və surəti,
- Bütün Şengen ölkələrini əhatə edən tibbi sığortanın əsli və surəti (minimum sığorta limiti 30.000 avro olmalıdır),
- Ölkənizdəki son diplomunuz və onun tərcüməsi (əsli və 2 surəti),
- Əgər hələ də tələbəsinizsə və ya diploma almamısınıza, tələbə olduğunuz və yaxud da məzun olduğunuzla bağlı arayış və transkriptiniz,
- Xaricdə qaldığınız müddətcə dolana biləcəyinizi sübut edən sənədlər və sənədlərin surətləri.
Almaniyada təhsil almağın ən çətin hissəsi nədir?
Əvvəlcə hər şey siz alışana qədər çətin görünə bilər. Xarici ölkədə yaşamağa və təhsil almağa öyrəşdikdən sonra görəcəksiniz ki, narahat olacaq bir şey yoxdur. Əlbəttə ki, kirayə haqqını ödəmək, təhsil almaq və işləmək və ya hər hansısa məkanı tapmaq kimi şeylər aradan qaldırmalı olduğunuz çətinliklərdən bəziləri ola bilər. Bununla belə, əmin ola bilərsiniz ki, sizdən əvvəl bir çox beynəlxalq tələbələr bunu edib və Almaniyaya gəldiyiniz zaman eyni vəziyyətdə çoxlu tələbə tapa bilərsiniz.
Almaniyada səhiyyə sistemindən faydalana bilərəmmi?
Əgər ölkədə qalmaq istəyirsinizsə, Almaniyada məcburi olduğu üçün tibbi sığortanız olmalıdır. Almanlar öz tibbi sığortalarına ciddi yanaşırlar və onların səhiyyə sistemi dünyada ən yaxşı səhiyyə sistemlərindən biridir. Almaniyada tələbələr üçün tibbi sığorta, ümumiyyətlə, münasibdir və Almaniyada dövlət və ya özəl tibbi sığortanız olub-olmamağınızdan asılı olaraq, xərclərdən narahat olmadan tibbi cəhətdən bir sıra üstünlüklər əldə edirsiniz.
Alman həyat tərzi necədir və əylənmək üçün nə edə bilərəm?
Almanlar nizama və dəqiqliyə yüksək qiymət verirlər, ona görə də punktual deyilsinizsə, almanlarla dostluq etməkdə çətinlik çəkə bilərsiniz. Almanlar zəhmətkeşliyi, mükəmməlliyi və həssaslığı yüksək qiymətləndirirlər, ona görə də ilk baxışdan zəhlətökən görünə bilərlər, lakin onlarla tanış olduqdan sonra onların əslində olduqca mehriban olduqlarını görəcəksiniz. Almanlar beynəlxalq tələbələrə qarşı çox qonaqpərvərdirlər, ona görə də sizə təmin olunacaq rahatlıqdan narahat olmaq lazım deyil. Almaniyanın əksər şəhərləri aktiv gecə həyatından və müxtəlif əyləncələrdən zövq alır. Münhen və Berlin kimi daha böyük şəhərlər ziyarət etmək üçün maraqlı yerlərlə doludur, lakin kiçik şəhərlərin cazibəsi də bənzərsizdir.
Almaniyada təhsil zamanı beynəlxalq tələbə olaraq part-time işləməyə icazə verilir?
Ənənəvi olaraq, böyük şəhərlərdə maaşlar daha yüksəkdir, lakin bu şəhərlərdə yaşayış xərcləri də daha yüksəkdir. Ümumiyyətlə, Almaniyada tələbələrin üzləşdiyi ən böyük maliyyə problemlərindən biri kirayədir, lakin əksər tələbələr ortaq yaşayış yerlərində, tələbə rezidensiyalarında yaşamağa və ya şəhər mərkəzlərində kirayə daha baha olduğu üçün daha aşağı büdcəli yerdə mənzil tapmağa üstünlük verirlər.
Almaniyada bir çox tələbə boş vaxtlarında işləyir. Onlardan bəziləri universitetlərdə, tədqiqat institutlarında və ya kitabxanalarda tədqiqat köməkçisi (wissenschaftliche Hilfskraft – HiWi), digərləri isə ofisiant və ya uşaq baxıcısı kimi işləri seçirlər. Xaricdən gələn tələbələr təhsilləri ilə yanaşı Almaniyada da işləyə bilərlər.
Aİ/AİB ölkələrindən olan tələbələrə alman tələbələri kimi semestr ərzində həftədə 20 saata qədər işləməyə icazə verilir. Semestr fasilələrində nə qədər qazana biləcəkləri ilə bağlı heç bir məhdudiyyət yoxdur. Aİ-dən kənar bir ölkədən olan hər kəs Federal Məşğulluq Agentliyinin (BA) razılığı olmadan 120 tam gün və ya 240 yarım gün işləyə bilər. Ümumiyyətlə, beynəlxalq tələbə kimi akademik təhsili davam etdirərkən təcrübə keçmək və ya frilans şəxs kimi işləmək bir seçimdir. Bununla belə, qeyd etmək lazımdır ki, hər hansı öz-özünə məşğulluq və ya frilans fəaliyyəti üçün əvvəlcədən səlahiyyətli Xaricilər Orqanının razılığı lazımdır. Digər məsələlərlə yanaşı, Səlahiyyətli qurum işinizin akademik məqsədlərinizə çatmağınıza mane olub-olmamasını müəyyən edəcək.
Almaniyada, ümumiyyətlə, hava necədir?
Almaniya ilin dörd fəslini yaşayan ölkə kimi tanınır. Buna görə də, Almaniyada bir il qalmağı planlaşdırırsınızsa, bütün mövsüm geyimlərinə də ehtiyacınız olacaq. Temperaturun 30 dərəcədən yuxarı qalxdığı yay aylarında Almaniyada göllər və ya çimərliklər kimi sərinləmək üçün əla yerlər var. Almaniyada hava dəyişkən, bəlkə də çox vaxt gözlənilməz ola bilər, lakin Almaniyaya təhsil səfəriniz zamanı hər il dörd fəsildən həzz alacağınızdan əmin ola bilərsiniz.
Almaniyada və ya xaricdə təhsillə bağlı sizi maraqlandıran bütün məsələlər barədə ödənişsiz konsultasiyamızdan yararlanın.
Epiloq!
Almaniyada təhsil almaq istəyən tələbələr üçün müxtəlif imkanlar mövcuddur. Ödənişsiz təhsildən, maliyyə dəstəyinə və yüksək səviyyədə ingilis dilində tədrisə qədər geniş bir seçim imkanları var. Bu ölkənin təklif etdiyi təhsilin keyfiyyəti, müasir şəhərləri, tələbələr üçün təklif edilən dəstəklər və reytinqli universitetləri ilə Almaniya, dünya miqyasında tələbələr üçün cəlbedici bir destinasiya olaraq qalmağa davam edir.
Bu ölkədə təhsil almağı planlaşdırarkən ətraflı tədqiqat aparılmasını və potensial universitet və proqramlarla əlaqə saxlamağınızı təvsiyə edirik. Bu, sizin müraciət prosesində daha bilikli olmağınıza və sizin üçün ən uyğun seçimi tapmağınıza kömək edəcəkdir.
Almaniyaya və təhsil sisteminə yaxın bir digər Alman dilli ölkə olan Avstriyada təhsil, təhsilin keyfiyyəti və tələbələr üçün təklif olunan imkanlarla tanış olmaq, Avstriya’da təhsil almağın detallı üstünlükləri, prosesləri və imkanları haqqında daha ətraflı məlumat üçün bu məqaləyə keçid edə bilərsiniz.