Belçika canlı mədəni həyatı, dünya səviyyəli təhsili və münasib yaşam xərcləri ilə tələbələr üçün mükəmməl təhsil məkanına çevrilmişdir. Avropanın mərkəzində yerləşən Belçika təkcə şokoladları və bir-birindən heyrətamiz mənzərələri ilə deyil, həmçinin yüksək keyfiyyətli təhsil sistemi ilə də bütün dünyada məşhurdur. Belçikada təhsil sizə tədqiqatyönümlü böyük akademik təcrübə vədd edir.
Mədəni cəhətdən zəngin və akademik cəhətdən faydalı təcrübə axtaran beynəlxalq tələbələr üçün Belçika həqiqətən də əla seçimdir. Bu bloq yazısında biz tanınmış universitetlərdən tutmuş, yaşam xərclərinə qədər Belçikada təhsil almağın müxtəlif istiqamətlərinə toxunacağıq! Əgər siz də Belçikada təhsil almaq arzusundasınızsa, o zaman bu bloq yazını diqqətlə oxuyun və Belçikada təhsillə bağlı ətraflı məlumata yiyələnin!
Bu bloqa daxildir:
- Belçikada təhsil almağın üstünlükləri
- Belçikada ingilis dilində təhsil ala bilərəm?
- Beynəlxalq tələbələr üçün tələblər
- Belçikada ödənişli təhsil çox bahadır?
- Təhsil haqqları
- Ödənişsiz Belçikada təhsil almaq olarmı?
- Tələbələrin sağlamlıq sığortası
- Beynəlxalq tələbələr üçün Belçikada təhsil zamanı yaşayış xərcləri
Belçikada təhsil almağın üstünlükləri
Belçikada təhsil almağın ən mühüm üstünlüklərindən biri onun yerləşdiyi coğrafi mövqeyidir. Əlverişli coğrafi mövqeyi sayəsində siz Almaniya, Hollandiya, Fransa və Lüksemburq kimi qonşu ölkələrə tez-tez və ucuz səyahətlər təşkil edə bilərsiniz. Digər mühüm üstünlüklərində biri isə burada danışılan çoxsaylı dillərin olmasıdır. Belçikada bir çox dillər danışıldığından siz də yeni dillər öyrənə bilərsiniz. Bunlara holland, fransız, alman kimi dünya əhəmiyyətli dillər daxildir.
Eyni zamanda siz Belçikada, xüsusilə də, paytaxt Brüsseldə təhsil alırsınızsa, beynəlxalq mühit ilə əhatə olunacaqsınız. Buna səbəb olan amillərdən biri də Belçikada təhsilin münasib qiymətə və yüksək səviyyədə olmasıdır. Məhz bu səbəblərə görə dünyanın hər yerindən beynəlxalq tələbələr təhsil almaq üçün bu ölkəni seçir. Eyni zamanda Belçika bir-birindən unikal şəhərləri və festivalları ilə dillər əzbəridir.
Belçikada ingilis dilində təhsil ala bilərəm?
Beynəlxalq tələbələr tərəfindən ən çox verilən suallardan biri də budur. Bu sualın cavabı isə “Əlbəttə, siz Belçikada ingilis dilində təhsil ala bilərsiniz!”-dir.
Belçika beynəlxalq bir ölkədir, 70-dən çox ingilis dilində tədris olunan bakalavr və 350-dən çox magistr proqramları təklif edir.
Belçikada ingilis dilində olan ən yaxşı tədris proqramları aşağıdakı TOP universitetlər siyahısına daxil olan tədris ocaqlarında tapılır:
- KU Leuven
- Ghent University
- Université Catholique de Louvain
- Université Libre de Bruxelles
- Vrije Universiteit Brussel (VUB)
- University of Antwerp
- Hasselt University
- Université de Liège
Beynəlxalq tələbələr üçün tələblər
Belçika universitetlərində təhsil almaq üçün ümumi müraciət tələblərinə aşağıdakılar daxildir:
- Orta məktəb, bakalavr və ya magistr diplomu (müraciət etdiyiniz dərəcəyə müvafiq olaraq bu təhsil sənədləri tələb edilir)
- Akademik transkript və ya qiymətlər
- ingilis, fransız və ya holland dili biliyini sübut edən sənəd
- Xarici pasportun və ya şəxsiyyət vəsiqəsinin surəti
- Motivasiya məktubu
- CV
- Tövsiyə məktubları (lazım olduqda)
- GMAT, SAT, GRE, AP Calculus AB və/və ya SOWISO OMPT-A/-D kimi sertifikatlar (lazım olduqda)
Bütün rəsmi sənədlər ingilis, holland və ya fransız dillərinə (universitetinizin tələblərindən asılı olaraq) rəsmi qaydada tərcümə edilməli və təsdiqlənməlidir.
Qeyd: İngilis dil biliyi tələbləri seçdiyiniz universitet və proqrama görə dəyişə bilər. İngilis dili bilik səviyyənizi sübut etmək üçün ümumi tələblər bunlardır:
- Ən azı 80 TOEFL Sertifikatı
- Ən azı 6.5 IELTS Sertifikatı
- Xarici diplomun tanınması
Bəzən Belçikadakı ali təhsil müəssisələri xarici diplomların rəsmi olaraq tanınmasını tələb edirlər. Əgər sizin seçdiyiniz universitet də belədirsə, siz tanınma sertifikatı üçün ərizənizi təhsil alacağınız regionda ENIC/NARIC-ə təqdim etməlisiniz.
Belçikada ödənişli təhsil çox bahadır?
Bu sualın cavabı tamamilə “Xeyr!”-dir. Belçikada təhsil almaq olduqca münasibdir, xüsusən, burada təhsili ABŞ, Kanada və ya Böyük Britaniya ilə müqayisə etsəniz, böyük fərqi özünüz də görəcəksiniz. Gəlin, beynəlxalq tələbələr üçün Belçikanın təhsil haqlarına və tələbə yaşayış xərclərinə daha yaxından nəzər salaq!
Təhsil haqqları
- Belçika və ya digər Avropa Birliyi ölkələrindən olan tələbələri üçün: 979.60€
- Avropa Birliyi ölkələrindən olmayan tələbələr üçün: 979.60€ – 8.000€ (proqramdan və vətəndaşlıqdan asılı olaraq)
Bir sözlə, Avropa Birliyi ölkələrindən olan tələbələr üçün müəyyən ödəniş təyin edilsə də, qeyri-Avropa Birliyi tələbələri üçün konkret bir təhsil haqqı yoxdur və onların ödədikləri məbləğ vətəndaşlıqlarından asılı olaraq dəyişə bilir.
Ödənişsiz Belçikada təhsil almaq olarmı?
Uyğun təqaüd proqramını tapmağın ən yaxşı yolu müraciət etdiyiniz universitetin ölkənizdən olan tələbələrə hansı imkanlar təklif etdiyini yoxlamaqdır. Bəzi universitetlər hətta müavinət və ya mənzil yardımı belə təklif edə bilər!
Belçikada məşhur tələbə təqaüdlərinə aşağıdakılar daxildir:
Master Mind scholarships Flandres bölgəsində magistr proqramı üzrə təhsil almaq istəyən beynəlxalq tələbələrə təklif olunur.
VLIR-UOS scholarships 29 Afrika, Asiya və Latın Amerikası ölkələrindən olan tələbələr üçündür.
ARES scholarships Wallonia və Brüsseldə inkişaf etməkdə olan ölkələrdən gələn qabaqcıl bakalavr və ya magistr proqramlarında təhsil alan tələbələri üçündür.
Belgian American Educational Foundation Fellowships Amerika vətəndaşlığı olan tələbələr üçün müəyyən edilmiş təqaüd proqramıdır.
Bundan başqa Belçika universitetlərinin daxili təqaüdləri də mövcuddur. Bunlara misal olaraq Vrije, Ku Leuven və Ghent universitetlərinin təqaüdlərini nümunə göstərə bilərik.
Qeyd: Təqaüd ərizələri üçün son tarixlər adətən təhsil proqramları üçün ümumi müraciətlərdən daha tez bağlanır.
Tələbələrin sağlamlıq sığortası
Sağlamlıq sığortası məcburidir və tələbə büdcənizdə nəzərə almalı olduğunuz bir xərcdir.
Avropa Sağlamlıq Sığorta Kartı olan Avropa Birliyinin vətəndaşı olan tələbələrin Belçika səhiyyə sığortasında qeydiyyatdan keçməsinə ehtiyac yoxdur, lakin Belçikaya yenicə gəlmiş və yaşayış icazəsini gözləyən qeyri-Avropa Birliyi ölkələrindən olan tələbələr Belçika tibbi sığortasında “tələbə” kimi qeydiyyatdan keçməli və hər rüb üçün təxminən 55€ – 66€ avro dəyərində olan qanuni ödənişi etməlidirlər.
“Xarici” kartını əldə etdikdən sonra siz “rezident” kateqoriyasında qeydiyyatdan keçə bilərsiniz. Əgər heç bir gəlir yeriniz yoxdursa, heç bir ödəniş də etməli deyilsiniz. Bundan əlavə, siz müraciət etdiyiniz sağlamlıq sığortası fondundan asılı olacaq və rübdə 21€-25€ arasında dəyişə bilən üzvlük haqqı da ödəməlisiniz.
Beynəlxalq tələbələr üçün Belçikada təhsil zamanı yaşayış xərcləri
Belçikada beynəlxalq tələbə kimi təhsil alırsınızsa, illik 9.500€-12.000€ yaşayış xərcləriniz olacaqdır. Bu xərclərə təhsil materiallarınız, kirayəniz, qidalanmağınız, nəqliyyat xərcləriniz, tibbi sığortanız daxildir. Xoşbəxtlikdən, ictimai nəqliyyatda, bir sıra restoranlarda və muzeylərdə tələbə endirimləri var, ona görə də hər yerə özününüzlə tələbə kartınızı aparmağı unutmayın!
Belçikada aylıq mənzil xərcləriniz adətən kirayə və kommunal xidmətlərindən ibarət olacaq. Əksər Belçikalı ev sahibləri siz evə köçməzdən əvvəl 1-3 aylıq icarə dəyərində depozit tələb edəcəklər. Aylıq yaşayış xərcləri:
- Paylaşımlı otaq- 340€ – 520 avro arası dəyişir.
- Kommunal- 90€ – 180 avro arası dəyişir.
Digər xərclərlə də yaxından tanış olaq:
- Təhsil üçün lazım olan materiallar – 400€-800€
- Tək gedişlik ictimai nəqliyyat bileti – 2.10€
- İctimai nəqliyyat üçün illik abunəlik (18-24 yaş üçün) – 12€
- Saç şampunu – 3€
- Kinoya bilet – 11€
- Muzeyə giriş bileti (tələbələr üçün)- 5€
- İdman zalına aylıq üzvlük – 33€
- Çörək (800q) – 2.20€
- Düyü (1 kq) – 2€
- Kafe və restoranlarda kofe – 2.50€
- Universitet restoranında isti yemək – 3-7€
Qısacası, unutmayın ki, Belçikada təhsil almaq təkcə dərəcə qazanmaq deyil, eyni zamanda özünüzü zəngin mədəni həyata qərq etmək, üfüqlərinizi genişləndirmək və qlobal təhsilin bir parçası olmaq deməkdir.
Prestijli universitetlərdən tutmuş canlı sosial mühitinə qədər Belçika beynəlxalq tələbələr üçün unikal və dolğun təcrübə imkanı təklif edir. Bu macəra dolu səyahətə çıxmaq ləzzətli şokoladlardan dadmaq və akademik həyatınıza tezliklə başlamaq üçün nəyi gözləyirsiniz? Elə indi hərəkətə keçin!