Xaricdə təqaüdlü təhsillə bağlı bu dəfəki seriyamıza çoxlarına məlum olan Erasmus Mundus təqaüdləri sırasına daxil olan Master Goals haqqında məlumat verməklə davam edəcəyik! Əgər siz də xaricdə, əsasən, idman sahəsi üzrə təhsil almaq istəyirsinizsə, bu təqaüd şansını qaçırmayın! Eyni zamanda bu təqaüd proqramı yalnızca bir ölkədə deyil, Avropanın bir neçə aparıcı ölkəsinin prestijli universitetlərində təhsil almaq imkanı verir!
![ERASMUS Mundus Təqaüdləri : Master Goals 2024 2 erasmus mundus
təqüd
GOALS](https://xaricdetehsil.in/wp-content/uploads/2023/11/logo_custom.png)
ERASMUS Mundus Təqaüdləri: Master Goals haqqında məlumat
Governance & Administration of Leisure and Sports International Master (GOALS) idman menecmenti sahəsində Avropanın beş aparıcı universiteti tərəfindən təşkil edilən birgə magistr proqramıdır. Bu unikal Magistr proqramı idman, idarəetmə sahələrində gələcəyin peşəkarlarını yetişdirməyə həsr edilmişdir. Aydındır ki, hal-hazırda idmanın artan iqtisadi, siyasi və sosial əhəmiyyəti, eləcə də, idman təşkilatlarının beynəlmiləlləşməsi bu sahədə peşəkar menecerlərə ehtiyac yaradır.
GOALS iki illik magistr proqramı tamamilə ingilis dilində tədris olunur və University of Lille (Fransa), the University of Lisbon (Portuqaliya), Mykolas Romeris University (Litva), Nicolaus Copernicus University (Polşa), and the International University of Health, Exercise & Sports – LUNEX (Lüksemburq) tərəfindən birgə təşkil edilir.
GOALS Magistr proqramı tələbələrə akademik və peşəkar məqsədlərini həyata keçirmək üçün bir çox imkanlar təklif edir. Bu birgə dərəcəni bitirdikdən sonra tələbələr idman idarəçiliyində bir sıra uğurlara imza atırlar. Onlar idman təşkilatlarında işə götürüləcək, həmçinin tərəfdaş, məsləhətçi və ekspert kimi fərdi qaydada fəaliyyət göstərmək üçün lazımi bilik və bacarıqlara malik olacaqlar.
Təfərrüatlar: ERASMUS Mundus Təqaüdləri: Master Goals 2024
Ölkə: Fransa, Portuqaliya, Litva, Polşa, Lüksemburq
Dərəcə: Magistratura
Təqaüd təminatı: Tam Təqaüd – Tam Maliyə
Son müraciət tarxi: 16 Fevral 2024
ERASMUS Mundus Təqaüdləri: Master Goals üçün uyğunluq meyarları
- Namizədlər bu master proqramına uyğun olan Ali təhsil dərəcəsinə (məsələn, Bakalavr – 180 kredit) malik olmalıdırlar.
- İdman menecmenti (idman sosiologiyası, idman marketinqi, idman kommunikasiyası, idman maliyyəsi, idman iqtisadiyyatı, idman tədbirlərinin idarə edilməsi) və ya İdarəetmə/biznes inzibatçılığı (sosiologiya, marketinq, kommunikasiya, maliyyə, iqtisadiyyat, tədbirlərin idarə edilməsi) və ya İdman təhsili (bədən tərbiyəsi, idman məşqçiliyi, fitnes, idman və sağlamlıq) sahəsi üzrə təhsilli olmalıdırlar.
- Bakalavr dərəcəsinin son ilində təhsil alan tələbələr ali təhsil müəssisəsi tərəfindən hazırlanmış transkript təqdim edə bilərlər. Seçildikləri təqdirdə, onlar avqustun 30-dək rəsmi dərəcələrini və ya bakalavr dərəcəsi nailiyyətləri haqqında sertifikatı təqdim etməlidirlər, əks halda onların proqrama qəbulu ləğv ediləcəkdir.
- Bu proqram ingilis dilində tədris olunduğundan ingilis dili biliyi əsas tələbdir. Qeyri-ingilis dilli ölkələrdən olan bütün namizədlər etibarlı B2 İngilis dili səviyyəsini (CEFR – Ümumi Avropa İstinad Çərçivəsi) və ya ekvivalentini təsdiq etməlidirlər: IELTS 6.0 – 6.5; TOEFL iBT 88; Cambridge First və ya Advanced və ya əgər tələbə minimum 2 il müddətində ingilis dilində təhsil alıbsa, əvvəlki universitetdən bunu təsdiq edən sənəd təqdim etməlidir.
Tələb olunan sənədlər
Erasmus Mundus GOALS Master proqramına uyğun namizədlər aşağıdakı sənədlər siyahısını PDF formatında onlayn ərizələrinə əlavə etməlidirlər:
- İdman təhsili, idarəetmə və ya biznes idarəçiliyi ilə bağlı bakalavr dərəcəsinin qanuni surəti və ya tanınmış ekvivalenti (ingilis dili tərcüməsi ilə)
- Rəsmi akademik transkriptin qanuni surəti (ingilis dili tərcüməsi və təsdiqi ilə)
- CV – Europass şablonundan istifadə etməklə (maksimum 3 səhifə)
- Etibarlı rəsmi dil sertifikatı
- Pasport və ya AB vətəndaşları üçün etibarlı şəxsiyyət vəsiqəsi
- Akademik və peşəkar şəxsdən iki tövsiyə məktubu. Siz tövsiyəni edən şəxsə məlumat verəcək və ərizə faylını onların e-poçt ünvanını əlavə etməklə dolduracaqsınız. Onlar birbaşa bir link vasitəsilə məktubu yükləməyə dəvət edən e-poçt qəbul edəcəklər.
- Motivasiya məktubu təqdim etməyinizə ehtiyac yoxdur. Bununla belə, sizdən ərizə platformasında proqrama müraciət etmə motivasiyanızı ifadə etməyiniz xahiş olunacaq. Sənədlərin tərcüməsinə ehtiyac olduqda, ərizəçilər sənədlərin əslinin surətini və onların ingilis dilində rəsmi tərcüməsini təqdim etməlidirlər.
Təqaüdə necə müraciət etmək olar?
- İlk öncə siz rəsmi portala giriş etməli, ingilis dilində onlayn ərizə formasını doldurmalı və bütün tələb olunan sənədləri təqdim etməlisiniz. Onlayn müraciətiniz müraciət üçün tələb edilən son tarixdən əvvəl təqdim edilməlidir. Ərizənizi təqdim etdikdən sonra e-poçt vasitəsilə avtomatik təsdiq mesajı alacaqsınız (əgər mesaj gəlməyibsə, spam qutusunu yoxlamağınız tövsiyə olunur).
- Təsdiqdən sonra bu mərhələni uğurla tamamlamış namizədlərin müsahibə mərhələsinə dəvət oluncaqlar. 20 dəqiqəlik müsahibə namizədlərin motivasiyasını, onların tənqidi düşüncə bacarıqlarını və sosial iş məsələlərindəki biliklərini qiymətləndirmək üçün nəzərdə tutulub. Eyni zamanda namizədlərə bu proqramla bağlı suallar verməyə də icazə veriləcəkdir. Müsahibələr videokonfrans vasitəsilə aparılacaq.
- Müsahibədən sonra sənədlər nəzərdən keçirilir və hər bir tərəfdaş universitet tərəfindən seçim meyarlarına əsasən, namizədlər çox zəifdən əla səviyyəyə qədər siyahıya alınır. Daha sonra isə orta hesabla ərizəçiyə bal verilir. Yekun seçim ərizələrdən əldə olunan ballar (50%) ilə müsahibə performansı (50%) nəticəsində əldə olunan ballarla qiymətləndirilir. Yaradılmış reytinq Seçim və İmtahan Şurası tərəfindən təxminən 50 ərizəçinin seçimini yaratmaq üçün istifadə olunur. GOALS Master proqramı üçün seçilmiş tələbələrin iki yekun siyahısı təşkil edilir:
- Əsas siyahıda olan ərizəçilərə Erasmus Mundus təqaüdünə (Avropa və qeyri-Avropa) və ya özünü maliyyələşdirə bilənlər daxildir;
- İkinci siyahıya isə ehtiyatda olan namizədlər daxildir və əsas siyahıda olan namizədlərdən hər hansı geri çəkilərsə, ehtiyatda olan namizədlərlə əlaqə saxlanılacaqdır və ya bu siyahıya daxil olan namizədlər mövcud yerlər daxilində öz maliyyələşdirilən tələbələr kimi də qeydiyyatdan keçə biləcəklər.
ERASMUS Mundus Təqaüdləri: Master Goals – Maliyə Dəstəyi
Bu təqaüd proqramı aşağıdakıları əhatə edir:
- Proqrama pulsuz müraciət haqqı
- Ayda 1400 € (təqaüdün ümumi müddəti 24 aydır)
- Bütün yaşayış xərcləri
- Səyahət xərcləri
- Viza rüsumu