İtaliyanın mətbəxi, tarixi, sərvətləri əsrlər boyu çəkmə formalı ölkəyə qonaqları cəlb etmişdir. Şanlı irsinə görə ölkə müxtəlif və maraqlı mədəniyyətə malikdir. Futbolundan tutmuş, Xizək sürməyə, Fiatından Ferrarisinə, Pizzasından Mozzarellasına, Da Vincisindən Mikalancellosuna daima səni özünə heyran edəcək bir ölkədir İtaliya. Belə ölkədə təhsil almaq heç də xəyal olmamalıdır. Bu ölkə Avropanın ən çox axtarılan təhsil yerlərindən biridir. Mədəniyyət, eləcə də onun təhsil sistemi bütün dünyada məşhurdur. İtaliyada təhsil almaq üçün isə bu bloqu oxumaqda, təqaüdlü təhsil, top-universitetlər, yaşam, xərclər və ümumilikdə İtaliya haqqında bir çox məqamı öyrənməkdə fayda var.
Memarlıq, moda və ya incəsənət kimi sahələrə həvəslisinizsə, İtaliyada təhsil almağı mütləq şəkildə düşünməlisiniz. İtaliya elmi tədqiqatları, mühəndislik sahəsində uğurları ilə də diqqət çəkən, kosmopolit mühiti ilə dünyanın ən yüksək tələbə dostu indeksi olan təhsil ölkəsindən biridir.
Bu Bloqa Daxildir:
- Niyə İtaliya və İtaliyada təhsil?
- İtaliyada ali təhsil sistemi
- İtaliyada təhsil almaq necədir?
- İtaliyada təhsil almaq üçün ən yaxşı universitetlər
- İtaliyada təhsil almaq üçün müraciət proseduru
- İtaliyada təhsil vizası üçün tələb olunan sənədlər
- İtaliya təhsil vizası üçün necə müraciət etmək olar?
- İtaliyada Təhsil haqları
- İtaliyada təhsil almaq üçün təqaüdlər
- İtaliyada təhsil almağa dəyərmi?
- Tez-tez verilən suallar
Niyə İtaliya və İtaliyada təhsil?
1. Top universitetlər və beynəlxalq mühit
İtaliyada universitetlər özəl və dövlət tərəfindən maliyyələşdirilən təhsil müəssisələrinə bölünür. İtaliyanın bir çox təhsil ocaqları Avropanın top səviyyəli universitetləri sayılır. Beynəlxalq təhsil reytinqlərində top 1000-ə daxil olan bir çox universitet var. Universitetlərin beynəlxalq əlaqələri güclü olduğundan, dünyanın hər yanından tələbələr dəyişim proqramları kimi müxtləlif üsullarla, həmçinin də dərəcə proqramlarında təhsil almaq məqsədi ilə İtaliyaya üz tuturlar.
2. Zəngin tələbə həyatı
İtalyanlar istiqanlı, ünsiyyətcil və qonaqpərvər insanlardır. İtaliyada oxuyarkən asanlıqla yerli dostlar tapacaq, maraqlı tanışlıqlar quracaqsınız. Universitetlərdə il ərzində müxtəlif tədbirlər, fəaliyyətlər və səyahətlər təşkil edən tələbə birlikləri və klubları var. Bundan əlavə bu birliklər partilər, mədəniyyət festivalları, idman turnirləri və könüllü layihələr də təşkil edir.
İtaliyada gecə həyatı da əla keçir, bir çox bar və klub səhərə qədər açıqdır. Əksər şəhərlərdə canlı musiqi və incəsənət səhnələri var ki, konsertlər, sərgilər və tamaşalar müntəzəm olaraq keçirilir.
3. İngilis dilində tədris olunan bir çox dərəcə və proqramlar
İtaliyada İstənilən sahədə sizə uyğun təhsil proqramı tapa bilərsiniz. Hal-hazırda 1000-dən çox ingilis dilində bakalvr, magistr və PhD proqramları mövcuddur. Təbii ki, moda, dizayn və incəsənət üzrə ixtisaslaşmış, dünya üzrə TOP sıralamalarda olan universitetlər kifayət qədərdir. Lakin İtaliyada bir çox sahədə keyfiyyətli təhsil almaq mümkündür.
- İtaliyada ‘’biznes, maliyyə, analitika’’ üzrə,
- İtaliyada ‘’kompyuter elmləri’’ üzrə,
- İtaliyada ‘’beynəlxalq əlaqələr’’ üzrə,
- Italiyada ‘’mühəndislik’’ sahələri üzrə,
- İtaliyada ‘’memarlıq’’ üzrə təhsil ala, rəqabətə davamlı kadr kimi iş dünyasına atıla və yaxud da akademik karyeranızı qura bilərsiniz.
İtaliyada ali təhsil sistemi
İtaliyanlar ali təhsil sistemini 3+2 illik təhsil şəklində bölüblər – bakalavr pilləsi üçün 3 il, magistratura pilləsi üçün isə 2 il.
İtaliyada ali təhsil sistemini təşkil edən 2 tip müəssisə var:
- Universitetlər
- Qeyri-universitet qurumları
Ölkədə universitet sektoru 7 kateqoriyadan ibarətdir:
- Dövlət universitetləri – Bunlar dövlət tərəfindən maliyyələşdirilən dövlət qurumlarıdır. Universitetlərin həmçinin tədris, elmi, maliyyə, idarəetmə və mühasibat uçotunun öz idarəçiliyi də mövcuddur. Hardasa bunu belə anlamaq olar ki, dövlət sadəcə maliyyə yardımı göstərir.
- Özəl universitetlər – Özəl universitetlər dövlət tərəfindən tanınır, lakin dövlət tərəfindən maliyyələşdirilmir. Bu universitetlər öz idarəetməyə malik olmaqla yanaşı, maliyyə vəziyyətinə nəzarət etməlidir.
- Ali Texniki İnstitutlar (Istituti Tecnici Superiori) – güclü təcrübə yönümlü təhsilə fokuslanırlar. Proqramlar nəzəri-praktiki məlumat verir və tələbələri peşəkar həyatın real tələblərinə hazırlayır. Təcrübə və praktiki semestrlər kursun tərkib hissəsini təşkil edir: tələbələrdən kursun ən azı 30%-i üçün özəl şirkətdə işləmələri və ya xaricdə təcrübə keçmək üçün müraciət etmələri tələb olunur. Bu tələb innovasiya bacarıqlarını inkişaf etdirmək üçün tələbələr və firmalar arasında güclü əlaqə yaradır. Müəllimlərin ən azı 50%-i öz təcrübələrini tələbələrlə bölüşmək üçün şirkət və firmalardan gəlir. Ümumi təhsil müddəti isə 2-3 ildir.
Kurslar 6 əsas texnoloji sahəni əhatə edir:
- Enerji səmərəliliyi
- Davamlı Mobillik
- Həyat üçün Yeni Texnologiyalar
- Mədəniyyət və Turizm üçün İnnovasiya Texnologiyaları
- İnformasiya və Kommunikasiya Texnologiyaları
- İtaliya istehsalı üçün yeni texnologiyalar
Kursların sonunda tələbələr yekun sınaq imtahanı ilə qiymətləndirilir; ən az 80%.
Iştirak isə məcburi tələblərdən biridir. Tələbələr həm İtaliyada, həm də Avropa Birliyində Diplom dövriyyəsini asanlaşdıran EUROPASS diplom əlavəsi ilə birlikdə “Diploma di Tecnico Superiore” əldə edirlər.
- Dövlət tərəfindən maliyyələşdirilən universitetlər – dövlət tərəfindən deyil, əyalət tərəfindən maliyyələşdirilir.
- Ali aspiranutra məktəbləri (Scuola Superiore Universitaria) – Bu məktəblər ixtisaslaşdırılmış aspirantura universitetləri üçün nəzərdə tutulub. Onlar həmçinin müstəqil institutlardır və təkmil təlim və tədqiqat kursları təklif edirlər.
İtaliyadakı Ali Aspirantura Məktəbləri, Təhsil, Universitetlər və Araşdırmalar Nazirliyi (MIUR) tərəfindən tam muxtar olaraq tanınır. Üç Ali Aspirantura Məktəb “universitet” statusuna malikdir; üç institut “aspirantura səviyyəsində fəaliyyət göstərən doktorantura kollec” statusuna malikdir; və digər doqquz məktəb “müstəqil universitet” statusuna malik olmayan universitetlərin birbaşa qoludur. Bunlar isə adətən Scuole di Eccellenza adlanır.
- Xaricilər üçün universitetlər – Bu universitetlər italyan ədəbiyyatının, dilinin və mədəniyyətinin inkişafı üçün tədris və tədqiqat sahəsində ixtisaslaşmışdır.
- AFAM institutları – Bu akademiyalar incəsənət, musiqi və rəqs kimi sektorlarda texniki və tədqiqat əsaslı təhsil üzrə ixtisaslaşmışdır.
AFAM institutları aşağıdakı kimi bölünür:
- İncəsənət Akademiyaları (Accademie di Belle Arti)
- Ali Dizayn Məktəbləri (Istituti Superiori di Design)
- Dövlət Musiqi Konservatoriyaları (Conservatori di Musica statali)
- Musiqi Tədqiqatları üzrə Ali İnstitutlar (Istituti Superiori di Studi Musicali)
- Milli Rəqs Akademiyaları (Accademie Nazionali della Danza)
- Milli Dram Akademiyaları (Accademie Nazionali d’Arte Drammatica)
İtaliyada təhsil dövründə və akademik ilin sonunda imtahanlar keçirilir. Bu imtahanların keçirilmə forması universitetdən, fakultənizdən, hətta professorunuzdan asılı olsa da, əsasən şifahi şəkilə keçirilir. İmtahan sessiyası 4-6 həftə davam etdiyi üçün tələbələrə imtahanlarını nə vaxt təyin edəcəklərini seçməyə imkan verilir. Əslində, nəticə sizi qane etmirsə, qiymətdən imtina edib yenidən imtahan verə bilərsiniz.
İtaliyada təhsil almaq necədir?
Yaxşı sualdır 🙂
İtaliya təkcə bizim düşündüyümüz Pizza, Futbol, moda və zəngin mədəniyyətdən ibarət deyil. İtaliyada ali təhsil sahəsi sürətlə böyüyür və daha çox STEM kimi innovasiya və tədqiqat sahələrinə diqqət yetirir və buna görə də tələbələr xaricdə potensial təhsil yeri kimi İtaliyaya üstünlük verirlər.
Qeyd olunan nüansı dəstəkləyə biləcək daha bir neçə fakt var:
- İtaliyanın Milan Politexnik, Sapienza, Bolonya Universitetləri və SDA Bocconi kimi bir sıra təhsil müəssisələri, Avropanın ən yüksək reytinqli universitetləri sırasındadır.
- İtaliya xaricdə təhsil almaq üçün Avropanın ən münasib ölkələrindən biridir. Təhsil haqları və yaşayış xərcləri tələbələri cəlb edən nüanslardan ən önəmlisidir.
- İtaliyada ingilis dilində təhsil ala bilərsiniz. Florensiya, Roma, Milan, Turin, Pisa və Siena kimi şəhərlər ingilis dilində geniş proqramlar təklif edən universitetlərlə tanınır.
- Təqaüdlərin maliyyələşdirilməsi həm hökumət, həm də ayrı-ayrı universitetlər vasitəsilə mümkündür.
İtaliyada təhsil almaq üçün ən yaxşı universitetlər
Siz ən yaxşı universitetlərdə təhsil almağa layiqsiniz. Sizə 7 tövsiyəmiz var:
- Bolonya Universiteti (Alma Mater Studiorum – Università di Bologna)
- Milan Politexnik Universiteti (Politecnico di Milano)
- Piza Normal Ali Məktəbi (Scuola Normale Superiore di Pisa)
- SDA Bocconi İdarəetmə Məktəbi (SDA Bocconi School of Management)
- Roma Sapienza Universiteti (Sapienza Università di Roma)
- Padova Universiteti (Università di Padova)
- Yeni Təsviri Sənətlər Akademiyası (Nuova Accademia di Belle Arti)
İtaliyada təhsil almaq üçün müraciət proseduru
İtaliya universitet sisteminə daxil olmaq üçün ən azı 17 yaşınız olmalı və 12 illik təhsil almalısınız. İtaliya vətəndaşı və ya başqa bir Aİ ölkəsi və ya İtaliyada daimi yaşayan tələbələr birbaşa seçdikləri universitetə və ya ali təhsil müəssisəsinə müraciət edə bilərlər.
Qəbul prosedurları haqqında məlumat hər bir universitetdən əldə edilməlidir.
Tələbələr hər bir Universitetdə onlayn qeydiyyat proseduru vasitəsilə İtaliya Universitetlərinə yazıla bilərlər. Qeydiyyat başa çatdıqdan sonra hər bir tələbə universitet vergilərini ödəməli və imtahanlara yazılmalı olan eyniləşdirmə nömrəsi (matricola) almalıdır.
İtalyan dərəcə proqramınızı seçdikdən sonra qəbul imtahanının tələb olunub olunmadığını yoxlayın. Bakalavr dərəcəsi proqramlarına giriş ya məhdud, ya açıq ola, ya da motivasiya müsahibəsi və ya qəbul imtahanı istənilə bilər.
Qəbul imtahanlarının təqvimi ilə universitetlərin internet saytında tanış olmaq mümkündür.
Magistr dərəcəsi proqramlarına giriş də həmçinin ya məhdud, ya açıq ola bilər. Qəbul qaydaları isə müraciət edəcəyiniz proqramdan asılı olaraq dəyişir. Müəyyən hallarda, müsahibə aparıla və ya qəbul imtahanı istənilə bilər.
Aşağıdakı universitet proqramlarında iştirak etmək üçün milli qəbul imtahanı tələb olunur:
- Memarlıq
- Tibb və Cərrahiyyə
- Stomatologiya
- Baytarlıq
- Səhiyyə Peşələri
- Təhsil Elmləri
İtaliyada təhsil vizası üçün tələb olunan sənədlər
Müraciət edərkən aşağıdakı sənədlərə ehtiyacınız olacaq:
- Ən azı iki boş viza səhifəsi olan etibarlı pasport. Proqramınızın gözlənilən bitmə tarixindən sonra minimum 6 ay ərzində etibarlı olmalıdır
- Tamamlanmış viza ərizə forması
- Ərizə üçün rəngli fotoşəkil
- Doğum haqqında şəhadətnamə
- Ailə tərkibi haqqında arayış
- Özünüzü təmin edə biləcəyinizi göstərən adekvat maliyyə vasitələrinin sübutu (bank hesabında 8000 avro-dan çox vəsaitin olması tövsiyyə olunandır)
- Ailənin maddi durumu barədə bəyannamə
- Ailənin maddi durumu barədə əlavə sənədlər
- Sponsorluq barədə arayış
- Şəxsiyyət vəsiqəsi
- Əvvəlki təhsilinizi təsdiq edən sənədlər: arayış diplom, diplom əlavəsi və ya akademik transkript
- Pre-enrollment arayışı
- İtaliyadakı bir təhsil müəssisəsindən qəbul məktubu
- İtalyan və ya ingilis dillərində dil biliyinin sübutu (təhsil proqramınızın dilinə uyğun olaraq)
- Tövsiyə məktubu
- Tibii sığorta
- İtaliyaya səyahətinizi göstərən sənəd (Bilet bronu)
- Qalacağınız yerlə bağlı təsdiq sənədi
- Viza müraciət haqqınızı ödədiyinizə dair sübut.
Bir çox sənədin İtaliyan və ya İnglis dilinə tərcümə və notarial təsdiqi tələb olunur.
İtaliya təhsil vizası üçün necə müraciət etmək olar?
İtaliyaya daxil olmazdan əvvəl tələbə vizası almalısınız. Bundan əlavə, əgər siz xaricdə yaşayan Aİ üzvü olmayan tələbəsinizsə, onlar sizdən yaşayış ölkənizdəki İtaliya konsulluğuna və ya səfirliyinə əvvəlcədən viza müraciət sorğusu təqdim etməyinizi tələb edirlər.
Təhsil proqramınızın müddətindən asılı olaraq, İtaliyada iki növ tələbə vizası var:
- Viza növü C – qısamüddətli viza və ya səyahət vizasıdır və bir və ya daha çox giriş üçün yalnız 90 gün etibarlıdır.
- Viza növü D (milli viza) – 90 gündən çox müddətə etibarlı olan uzunmüddətli vizadır.
Beynəlxalq tələbələr üçün İtaliyada təhsil xərcləri
İtaliyada təhsil almaq üçün xərclərini təhsil haqları, yaşayış xərcləri və digər xərclər kimi müəyyən kateqoriyalara bölə bilərik.
İtaliyada Təhsil haqları
İtaliyada təhsil haqları Qərbi Avropa və ya Şimali Amerikanın digər hissələrinə nisbətən aşağıdır. İtaliyadakı ali təhsil müəssisələrinin təhsil haqqları var və bu bir çox amillərdən asılıdır. Dövlət universitetlərində təhsil haqqı özəl İtaliya universitetlərindən xeyli aşağıdır. Bununla belə, İtaliyanın bütün ali təhsil müəssisələrində təhsilin keyfiyyəti yaxşıdır.
İtaliyada dövlət universitetlərində illik təhsil haqqı 0-4000 EUR arasında dəyişir. Özəl institutlarda isə təhsil haqqları illik 6000-20000 avro arasındadır.
Yaşam xərcləri (yataqxanalar, kirayə və s.)
İtaliyadakı universitetlər həmçinin də sizə yaşayış yeri tapmaqda dəstək təklif edirlər. Təhsil alacağınız universitetdəki beynəlxalq ofisdən tələbə yataqxanaları və digər opsiyalar barədə soruşa bilərsiniz.
Böyük şəhərlərdə kirayə qiymətləri ayda 250-600 avro arasında dəyişir. Buna baxmayaraq, Trento kimi kiçik şəhərlər büdcəyə daha uyğun ola bilər.
Digər yaşayış xərcləri
İtaliyada market alış-verişi üçün bir çox supermarketlər var, məsələn, tələbənin cibinə düşən endirimli mağazalar. Həftəlik supermarket ərzaq alış-verişi təxminən 60 avrodur.
Əgər siz çöldə nahar etmək istəyirsinizsə, bu sizə adam başına 15 avroya başa gələ bilər. Lakin 5 avroya pizza da yeyə bilərsiniz (narahat olmayın pizzalar böyükdür).
Avtobus, tramvay, taksi, metro və ya velosiped kimi ictimai nəqliyyat İtaliyada yerdəyişmə üçün ən əlverişli yoldur. Tələbə endirimindən istifadə etdiyinizdə bilet qiymətləri çox ucuza düşə bilir.
Beləliklə, ümumi yaşayış xərcləri adambaşına ayda 400 ilə 1000 Avro arasında dəyişir.
İş imkanları
İtaliyada tələbələrə, həftədə 20 saata qədər iş icazəsi verilir. Lakin iş tapmaq çox asan bir şey deyil. Tövsiyyə olunur ki, İtalyan dil biliyinizi inkişaf etdirəsiniz.
Əgər hər hansısa işəgötürən sizə tam ştatlı iş təklif edirsə o zaman, iş icazəsi üçün müraciət etməlisiniz. İş icazəsi almaq üçün baxılma müddəti bölgələr arasında dəyişir, lakin ümumiyyətlə iki aydır.
İtaliyada təhsil almaq üçün təqaüdlər
Siz İtaliyada bir çox təqaüd və maliyyə dəstəyi üçün müraciət edə bilərsiniz. Bəzi təqaüdlər hətta təhsil haqları ilə birlikdə yaşayış xərclərini də əhatə edir. Bununla belə, təqaüdlər məhduddur və tələbələrə onların müəyyən göstəricilərin görə verilir.
Bəzi İtaliyada təqaüd variantlarını qəqdim edirik.
- Xarici və IRE tələbələri üçün İtaliya hökuməti təqaüdləri – magistr dərəcələri, Ph.D., AFAM kursları və s. kimi proqramlar üçün xarici tələbələrə təklif olunur.
- Regional və ya sosial təqaüdlər – ailə gəlirlərinizin səviyyəsinə əsasən təqdim olunur.
- Beynəlxalq Tələbələr üçün Universitet qrantları – bir çox universitetin daxili təqaüdləridir. Bolonya, SDA Bocconi, Turin, Milan Politexniki, Padova, Piza, Ca’ Foscari və bir çox digər universitetlər tələbələr bu şansı verir.
- İtaliya höküməti və özəl qurumların təklif etdiyi təqaüdlər.
İtaliyada təhsil almağa dəyərmi?
Əlbəttə dəyər. İstəsəniz ölkəni daimi yaşayacağınız ölkə kimi, istəsəniz sadəcə təhsil alacağınız ölkə kimi, istəsəniz də tramplin rolunu oynayacaq ölkə kimi dəyərləndirə bilərsiniz. Hər şeyi nəzərə aldığımızda İtaliyanın keyfiyyətli təhsili, tələbə dostu mühiti, insanları, mətbəği və mədəniyyəti sizi heç bir zaman peşman etməyəcəkdir.
Bununla belə, sizə dəstək gərəklidirsə, xaricdə hansı təhsil istiqamətini seçəcəyinizə və ya hansı universitetin sizə ən yaxşı proqramları təklif etdiyinə əmin deyilsinizsə, bizimlə əlaqə saxlayın!
Və ya aşağıda şərh yaza və həmçinin fikirlərinizi bölüşə bilərsiniz.
Bu bloqu bəyəndiniz? Elə isə Polşada təhsil barədə oxuyun!
Tez-tez verilən suallar
Sual 1: İtaliyada təhsil almaq nə qədər başa gələcək?
Cavab: Ümumi yaşayış xərcləri adambaşına ayda 400 ilə 1000 Avro arasında dəyişir. Bunlar İtaliyada təhsil üçün orta xərclərdir:
Təhsil haqqı – dövlət universitetlərində 0-4000 avro, özəl universitetlərdə 6000-20000 avro
Yaşam xərcləri – ayda 250-600 avro
Digər yaşayış xərcləri – ayda 150-500 avro
Sual 2: İtaliya təhsil üçün yaxşı variantdır?
Cavab: İtaliya Avropanın ən çox axtarılan təhsil yerlərindən biridir. Keyiyyətli təhsil sistemi bütün dünyada məşhurdur.
Sual 3: Xarici vətəndaşlar İtaliyada təhsil ala bilərmi?
Cavab: Təbii ki. İtaliyanın bir çox təhsil müəssisələri Avropanın TOP universitetləri sayılır. Beynəlxalq tələbələrin sayı isə daima artmaqda davam edir. Bu ölkədə bir çox dildə təhsil almaq imkanınız var.
Sual 4: İtaliyada təqaüdlü təhsil ala bilərmi?
Cavab: Həm akademik göstəricilərinizə görə, həmçinin də ehtiyac-əsaslı təqaüd imkanları mövcuddur. Təqaüdlü təhsil almaq sadəcə maddi deyil, həmçinin də mənəvi cəhətdən sizi daha hazırlıqlı edəcək. İtaliyada müxtəlif qurumların təklif etdiyi bir çox təqaüd imkanları mövcuddur.
İtaliyada təhsil almış konultantlarımız sizin bələdçiniz olmasını istəyirsinizsə, görüş götürün.