Macarıstan Avropanın mərkəzində olan çox gözəl bir ölkədir. Bu ölkədə yaşayan insanlar başqa ölkələrdən gələn qonaqlara qarşı istiqanlı və mehribandırlar. Buna görə də bu insanlar arasında dost tapmaq olduqca asandır. Ölkə həm qonaqları, həm də əcnəbiləri çoxdankı ənənələri və adətləri, eləcə də cəlbedici gözəlliyi ilə qarşılayır. Macarıstan minlərlə illik tarixi gözəlliklərlə doludur. Bu baxımdan UNESCO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Ona görə də bu ölkədə – Macarıstanda təhsil zəngin təcrübə ilə yanaşı, sizə rifah da verəcək.
Bu bloqa daxildir:
- Macarıstanda təhsil
- Macarıstanda təhsil – akademik həyat
- Macarıstanda Təhsil – həm sərfəli, həm keyfiyyətli
- Macarıstanda təhsil – Stipendium Hungaricum təqaüd proqramı
- Macarıstanda tələbə həyatı
- Macarıstanda təhsil alarkən harada qalmaq olar? Yataqxana yoxsa kirayə ev?
- Qida xərcləri yüksəkdirmi?
- Nəqliyyat xərcləri
- Digər xərclər
- Macarıstan universitetlərinə müraciət prosesi
- Viza Prosesi
- Macarıstanda təhsil almaq üçün ən yaxşı universitetlər
- Epiloq!
Macarıstan
– Dünyanın ən gözəl şəhərlərindən biri olan Budapeştlə və Dunay çayının incisi ilə öyünən,
– 2000 illik Roma qalıntıları ilə 400 illik türk abidələrini yan-yana tapa biləcəyin,
– Mərkəzi Avropanın ən böyük gölü olan Balatonun yerləşdiyi,
– Dərinliklərdən gələn yüzlərlə mineral bulaq suyunun olduğu bir ölkədir.
Macarıstanda təhsil
2004-cü ildə Avropa Birliyinin tamhüquqlu üzvü olduqdan sonra həm uyğunlaşma prosesi, həm də Aİ fondlarından aldığı dəstək sayəsində ali təhsil sahəsində böyük irəliləyiş əldə etmişdir; Ölkənin universitetləri Avropanın ən yüksək standartlı təhsil müəssisələri arasındadır.
Paytaxt Budapeşt dünyanın mühüm turizm mərkəzlərindən biridir və eyni zamanda bir çoxreytinqli universitetlərə ev sahibliyi edir.
Ölkənin universitetləri Avropanın ən yaxşı ali təhsil müəssisələri arasındadır. Bu günə qədər 14 macar alimi, yazıçısı və rəssamı Nobel mükafatı almağı bacarıb ki, bu da təkcə təhsilin və universitet mədəniyyətinin nə qədər güclü olduğunu sübut edir. Budapeşt, Peç (Pécs), Seged və Debrecen ölkənin mühüm universitet və təhsil şəhərləridir. Peç şəhəri 2010-cu ildə İstanbulla birlikdə Avropanın Mədəniyyət Paytaxtı seçilib.
Bu ölkədə təhsil ölkəmizdəki tələbələr üçün xaricdə təhsilin cəlbedici həllərindən biridir. Təhsil haqları kifayət qədər qənaətcil olması ilə yanaşı, bir çox təqaüd proqramı mövcuddur.
Macarıstan universitetləri sizə ideallarınızı həyata keçirməyi vəd edir. Sizin orta məktəb diplomunuz (attestat) bu ölkədə təhsil almaq üçün kifayətdir. Yalnız attestat və dil biliyiniz sübut edən sənədlə universitetlərə yazıla və bakalavr təhsilinizə başlaya bilərsiniz.
Macarıstanda təhsil – akademik həyat
ABŞ və ya Qərbi Avropa ilə müqayisədə Macarıstanda akademik həyat arasında böyük bir xüsusi fərq yoxdur. Professorların hamısı öz sahələrində mütəxəssisdir və tələbələri ilə bölüşə biləcək geniş təcrübəyə malikdirlər. Tədqiqata və praktiki öyrənməyə vurğu hərtərəfli təhsil almanızı təmin edir. Aİ-nın üzvü, köklü və uğurlu akademik ənənəyə malik olmaqla, Macarıstan universitetləri QS World University Rankings, ARWU World University Rankings, Times Higher Education kimi ilk 500 və ilk 1000 akademik reytinqdə hələ də yer alır. Dünya Universitetləri Sıralaması, universitetdə imtahansız oxumaq imkanı, aşağı təhsil haqları və yaşayış xərcləri kimi üstünlüklərə malik olan Macarıstan, son illərdə dünyanın hər yerindən tələbələr tərəfindən seçilən təhsil mərkəzlərindən biridir. Artıq bir neçə ildir ki, Qərbi Avropa və ABŞ üçün tələb olunan büdcədən daha aşağı büdcə ilə xaricdə yüksək keyfiyyətli universitet təhsili almaq istəyənlər Macarıstana üz tutmağa başlamışlar.
Macarıstanda Təhsil – həm sərfəli, həm keyfiyyətli
Bir çox digər Avropa ölkələri ilə müqayisədə Macarıstan sərfəli təhsil haqqı və yaşayış xərcləri təklif edir. Bu, keyfiyyətli təhsil almaq istəyən tələbələr üçün cəlbedici seçimdir. Bundan əlavə, beynəlxalq tələbələr üçün çoxsaylı təqaüdlər və maliyyə imkanları mövcuddur. Beynəlxalq reytinqlərdə yüksək yerlərdən göründüyü kimi, Avropa ölkələri və ABŞ-ın əksər universitetləri ilə eyni akademik nailiyyətlərə malik Macarıstan universitetində təhsil almaq üçün adıçəkilən ölkələrlə müqayisədə çox aşağı büdcə tələb olunur.
Macarıstanda universitetlərin təhsil haqları yerləşdikləri şəhərə, tələbələrə təqdim etdikləri imkanlara, akademik nailiyyətlərinə və beynəlxalq arenadakı nüfuzuna görə dəyişir.
Macarıstanda təhsil – Stipendium Hungaricum təqaüd proqramı
Hər il 10-dan çox EDWAYS tələbəsinin qazandığı Stipendium Hungaricum təqaüdü Azərbaycanlı tələbələr üçün münasib seçimlərdən birisidir. Macarıstan Hökumətinin ən nüfuzlu ali təhsil təqaüd proqramı olan Stipendium Hungaricum akademik təcrübəyə, yüksək nailiyyətlərə malik beynəlxalq tələbələr üçün geniş imkanlar təklif edir. Təqaüd Macarıstan ali təhsilinin beynəlmiləlləşməsinə və onun daimi inkişafına dəstək vermək, akademik və tədqiqat cəmiyyətinin beynəlxalq əlaqələrini gücləndirmək və Macarıstan ali təhsilinin dünya miqyasında nüfuzunu və rəqabət qabiliyyətini təşviq etmək məqsədi daşıyır.
Macarıstanda tələbə həyatı
Macarıstan çoxmədəniyyətli və müxtəlifliyi olan ölkədir. Bu səbəbdən xarici tələbələr üçün maraqlı və sərfəli ölkəyə çevrilib. Macarıstan maddi cəhətdən də uyğun ölkədir və yaşam səviyyəsi baxımından digər bir çox Avropa ölkələri ilə müqayisədə tələbə kimi yaşamaq çox əlverişlidir.
Macarıstan inanılmaz tələbə həyatı təklif edir. Tələbələr gündüzlər kafelərə, yeməkxanalara, kitabxanalara axışırlar. Ölkədə bir neçə yer yalnız gecələr canlanır. Şəhərdə çoxlu sayda klub, canlı musiqi məkanları və beynəlxalq tələbələrin sosiallaşması üçün mərkəz kimi xidmət edən barlar var. Macarıstanda tənhalıq hiss etmək mümkün deyil, çünki insanlarla tanış olmaq olduqca asandır. Yay aylarında günəş vannaları və pikniklər yerli həyatın dadını almaq istəyən tələbələr üçün məşhur seçimdir. Ölkədə tələbələrə inanılmaz təcrübə təqdim edən çoxsaylı tədbirlər və festivallar keçirilir.
Macarıstanda təhsil alarkən harada qalmaq olar? Yataqxana yoxsa kirayə ev?
Ölkədə tələbələr yaradılan fürsətlərdən savayı, tələbə yerləşdirmə vəziyyəti də çox yaxşıdır. Tələbələr təkbaşına və ya otaq yoldaşları ilə asanlıqla kirayə mənzil tapa bilərlər. Paytaxtın bir çox yerində yaxşı təmirli ik və ya üç otaqlı mənzil ayda orta hesabla 400 avroya başa gəlir. Macarıstanda bir çox universitetlər də tələbələri üçün yataqxana təklif edirlər. Mərkəzi Avropa Universitetindəki yataqxanada hər il 500-ə qədər tələbə və qonaq professor-müəllim heyəti yer alır və burada bar və yeməkxanalar, hovuzlar, saunalar, camaşırxana və şəxsi otaqlar mövcuddur.
Köklü dövlət universitetlərinin yataqxana binaları köhnə olduğundan, çox rahat olduğunu söyləmək olmaz. Dövlət universitetlərində yataqxana otaqları adətən 3-4 nəfərlikdir və onların aylıq ödənişləri 130 – 300 € arasında dəyişir.
Özəl universitetlər adətən tələbələrin yaşayış ehtiyaclarını müqavilə bağladıqları özəl yataqxanalar və ya digər qonaqlama yerləri qarşılayır. Dövlət universitetlərinin yataqxanalarından daha yüksək standartlara malik olan bu özəl yataqxanaların ödənişləri də dövlət universitetlərinin yataqxanalarından bir qədər yüksəkdir.
Kirayə ev tutmaq və ya yataqxanada qalmaq büdcənizdən, planlarınızda asılıdır. Nəzərə almaq lazımdır ki, hər bir yataqxananın öz daxili qaydaları var və siz həmin qaydalara əməl etməlisiniz. Kirayə evlərin nə qədər də olsa rahatlığı olsa da, müəyyən problemlərlə daima üzləşmə ehtimalınız da var.
Qida xərcləri yüksəkdirmi?
Tələbələrin təhsil alacağı universitet, proqram, digər təhsil və yerləşmə qayğılarından sonra ən vacib məsələ ölkənin qida mədəniyyəti və yemək-içmə xərcləri üçün nə qədər büdcə ayrılmasıdır. Macarıstanda restoran, kafe və marketlərdəki qiymətləri nəzərə alsaq, Avropa ölkələri və Türkiyə ilə müqayisədə Macarıstanın kifayət qədər ucuz olduğunu deyə bilərik.
Macarıstanda adi bir restoranda yeyəcəyiniz yemək üçün ödəyəcəyiniz hesab 5-6 € civarında olacaq. Fast food restoranlarında menyu 4 – 5 avro civarında olduğu halda, kafedə içəcəyiniz kofenin qiyməti 1 – 1,5 avro olacaq.
Macarıstan bazarlarına nəzər saldıqda, əsas ərzaq məhsullarının qiymətlərini belə sıralaya bilərik: (qeyd: göstərilən rəqəmlər daima yenilənə bilər)
- 1 ədəd yumurta = 1,5 €
- 1 kq toyuq qanadları = 4,5 €
- 1 kq alma = 1 €
- 1 l süd=0,7 €
- 1 kq pendir = 5,5 €
- 1 kq soğan = 0,8 €
- 1 kq kartof = 0,7 €
- 1 kq pomidor = 1,7 €
- 1 kq portağal = 1 €
- 1 kq banan = 1,3 €
- 1,5 l su = 0,3 €
Nəqliyyat xərcləri
Tələbələrin təhsil, yaşayış və qidalanmadan sonra ən mühüm xərclərindən biri olan nəqliyyat haqları Macarıstanda olduqca aşağıdır. Avropanın ən çox turist cəlb edən şəhərlərindən biri olan və Macarıstanın top universitetlərinə ev sahibliyi edən Budapeşt, Peç (Pécs) kimi şəhərlərdə tələbələrin ictimai nəqliyyat kartı üçün ödəniləcək aylıq ödəniş 20 – 25 € civarındadır.
1 litr benzinin 1,1 € olduğu Macarıstanda taksimetrin açılış haqqı 2 €, 1 km taksi haqqı isə 1 € civarındadır, baxmayaraq ki, şəhərdən şəhərə cüzi fərqlər var.
Digər xərclər
Yuxarıda sadalanan əsas xərclərə əlavə olaraq, universitet tələbələri üçün vacib olan bəzi məhsul və xidmətlərin ödənişlərini aşağıdakı kimi sadalaya bilərik:
- Aylıq internet haqqı= 12 €
- Aylıq su, təbii qaz və elektrik haqqı (ortalama) = 140 €
- 1 dəqiqəlik əvvəlcədən ödənilmiş telefon = 0,08 €
- Kino bileti = 5 €
- İdman salonuna aylıq üzvlük= 35 – 40 €
Macarıstanda təhsil və yaşayış xərcləri şəhərdən şəhərə fərqli olsa da, büdcənin təhsil haqqının xaricində hesab etdiyimiz yaşayış, qidalanma və nəqliyyat xərcləri ilə yanaşı sosial, mədəni və incəsənət fəaliyyətlərinə ayrılacağını nəzərə alsaq, Macarıstanda təhsil alan bir universitet tələbəsinin aylıq xərcləri 400 – 600 € civarında olacaq.
Macarıstan universitetlərinə müraciət prosesi
Macarıstandakı universitetlər müraciət tarixlərini özləri müəyyən etdiyi üçün müraciət etmək istədiyiniz universitetin elan etdiyi tarixlərə diqqət yetirilməlidir. Ümumiyyətlə, sənəd qəbulu fevral ayında başlasa da, fevral ayında tələbə qəbulu həyata keçirən bəzi universitetlərin sənəd qəbulu sentyabrda başlaya bilər.
Macarıstan universitetləri müraciət proseslərini müəyyən etdikləri qaydalara uyğun həyata keçirdikləri üçün istədikləri sənədlərdə bəzi dəyişikliklər ola bilər, lakin əsas tələb olunan sənədlər aşağıdakılardır:
- Orta məktəb diplomu – Attestat
- Məzunlar üçün bakalavr diplomu və diplom əlavəsi
- Təsdiq edilmiş və məktəb tərəfindən möhürlənmiş imzalanmış transkript.
- Referans məktubu,
- Motivasiya məktubu
- CV
Viza Prosesi
Universitet tərəfindən göndərilən rəsmi qəbul sənədini alan tələbələr, yarana biləcək bürokratik problemləri nəzərə alaraq qeyd olunan sənədlərlə Macarıstan səfirliklərinə tələbə vizası üçün müraciət etməlidirlər.
Viza müraciəti üçün tələb olunan sənədlər (qeyd: Daha dəqiq siyahını bu linkdən əldə edə bilərsiniz):
- Xarici pasport
- Viza üçün ərizə forması
- Şəkil
- Tibbi sığorta
- Universitetdən dəvət məktubu (Letter of Acceptance)
- Macarıtanın ərazisində qalacağınız yer haqqında sənəd
- Maddi təminatı təsdiq etmək üçün sənəd
- Bank hesabı haqqında arayış
- Viza rüsumu
Şengen vizası ilə bütün Avropada sərbəst hərəkət etmək hüququnuz olacaq.
Universitet təhsili almaq təkcə fakültə ilə yataqxana binası arasında yaşamaq deyil. Sosial mühitiniz, beynəlxalq mühitiniz və mədəni imkanlarınız şəxsi inkişafınız və dünya görüşünüz üçün əvəzsiz elementlərdir. Şengen vizası ilə Macarıstanda təhsil aldığınız müddətdə bütün Avropada məhdudiyyətsiz səyahət azadlığınız olacaq; Siz yeni ölkələr, fərqli şəhərlər görəcək və bir çox ölkədən dostlar tapacaqsınız.
Macarıstanda təhsil almaq üçün ən yaxşı universitetlər
Macarıstanda beynəlxalq tələbələr üçün ingilis dilndə tədris olunan proqramlar təklif edən, onlarla məşhur, sərfəli və peşəkar universitetlər var. Bunlar sizin üçün ən yaxşı seçimlərdən yalnız bir neçəsidir:
- Szeged Universiteti
- Debrecen Universiteti
- Eötvös Loran Universiteti
- Pecs Universiteti
- Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti
- Szent Istvan Universiteti
- Szeçeni İştvan Universiteti
- Mərkəzi Avropa Universiteti
- Budapeşt Metropolitan Universiteti
- Macarıstan İncəSənət Universiteti
Epiloq!
Təəccüblü deyil ki, Avropada sərfəli qiymətə yüksək səviyyəli təhsil almaq istəyən çox tələbənin seçimi məhz Macarıstandır. Macarıstanda təhsil almaq istəyən tələbələr də növbəti tədris ilindən universitetlərə sənəd göndərə bilərləe. Ancaq bu ölkəyə getməyə qərar verməzdən əvvəl bütün detalları incələməyi unutmayın. Daha sərfəli seçimlərlə maraqlanırzsa, bizim əvvəlki məqalərimizdən birisini oxuya bilərsiniz.