Xarici ölkədə ali təhsil səyahətinə çıxmaq həyəcan verici bir təcrübədir. Lakin bu da aydındır ki, xaricdə təhsil müəyyən qəbər məvacib tələb edən bir prosesdir və yaranan tələbatları, xərcləri qarşılamaq vacibdir. Dünya səviyyəli təhsil sistemi, bir-birindən rəngarəng mənzərələri və canlı mədəniyyəti ilə tanınan Niderland-Hollandiya beynəlxalq tələbələr üçün getdikcə daha da populyarlaşan məkana çevrilmişdir.
Qeyd edildiyi kimi, hər bir ölkədə olduğu kimi Hollandiyada da akademik arzularınızı həyata keçirmək müəyyən xərclərlə nəticələnə bilər! Lakin yaxşı xəbər var odur ki, maliyyə yükünü yüngülləşdirməyə kömək etmək üçün çoxsaylı təqaüdlər mövcuddur. Niderlandda təqaüdlü təhsil bloq yazısında sizin Hollandiyada təhsil arzularınızı reallaşdıra biləcəyiniz təqaüdləri araşdıracağıq!
Niderland təqaüd proqramları
- Holland Government Scholarship
- Utrecht Excellence Scholarships for International Students
- University of Twente Scholarships (UTS)
- Amsterdam Merit Scholarship
- Maastricht University Holland-High Potential scholarship
- Radboud Encouragement Scholarship
- Amsterdam Economics and Business Talent Fund
- Mr. Julie Henriëtte Jaarsma-Adolfs Scholarship
- TU Delft Applied Sciences Faculty Scholarship
Holland Government Scholarship
Hollandiya Təqaüd Proqramı- Hollandiyanın Təhsil, Mədəniyyət və Elm Nazirliyi tərəfindən maliyyələşdirilən təqaüd proqramıdır. Hollandiyanın tədqiqat və tətbiqi universitetlərindən birində bakalavr və ya magistr təhsili almaq istəyən qeyri-Avropa Birliyi ölkəsinin vətəndaşı olan beynəlxalq tələbələr üçün nəzərdə tutulub.
Ev sahibi təşkilatları:
İştirakçı tədqiqat universitetləri və tətbiqi elmlər universitetləri (2024-25 siyahısı rəsmi internet saytında yerləşdirilib).
Tədris səviyyəsi/sahələri:
İştirakçı qurumlar tərəfindən təklif olunan uyğun təhsil sahələrində bakalavr və ya magistr proqramları
Təqaüd üçün nəzərdə tutulanların sayı:
Qeyd edilməmişdir.
Hədəf qrupu:
Avropa Birliyindən olmayan beynəlxalq tələbələr
Təqaüdün dəyəri:
Təqaüd 5,000€ təşkil edir. Nəzərə alın ki, bu, tam təhsil təqaüdü deyil. Təqaüd bir il müddətinə verilir və yalnız bir dəfə alına bilər.
Uyğunluq meyarları:
- Qeyri-Avropa ölkəsinin vətəndaşı olmaq
- Hollandiyanın ali təhsil müəssisələrindən birində bakalavr və ya magistratura proqramı üzrə təhsil almaq üçün müraciət etmək
- Müraciət etdiyiniz təhsil qurumunun xüsusi tələblərinə cavab vermək
- Əvvəllər heç vaxt Hollandiyanın hər hansı təhsil müəssisəsində təhsil almamış olmaq.
Müraciət prosesi:
Bu təqaüd proqramı üçün birbaşa seçdiyiniz iştirakçı quruma müraciət etməlisiniz. Müraciət üçün son tarix universitetdən asılı olaraq dəyişir. Müəyyən edilmiş son tarixi dəqiq şəkildə təsdiq etmək üçün seçdiyiniz universitetin veb saytına baxmalısınız. Bu təqaüdə müraciət etmək barədə ətraflı məlumat əldə etmək məqsədilə rəsmi veb sayta baş çəkmək vacibdir.
Utrecht Excellence Scholarships for International Students
Bu təqaüd proqramı Avropa İqtisadi Bölgəsi xaricində olan bir sıra beynəlxalq tələbələrə Utrecht Universitetində seçilmiş bir sıra sahələrdə magistr dərəcəsi almaq imkanı təklif edir.
Ev sahibi təşkilatları:
Utrecht University, Niderland
Tədris səviyyəsi/sahələri:
Universitet tərəfindən təklif olunan bəzi beynəlxalq magistr proqramları
Təqaüd üçün nəzərdə tutulanların sayı:
Qeyd edilməmişdir.
Hədəf qrupu:
Qeyri-AİB ölkələrdən olan beynəlxalq tələbələr (AİB = Aİ ölkələri, İslandiya, Lixtenşteyn və Norveç)
Təqaüdün dəyəri:
Utrecht Excellence təqaüdü təhsil haqqı və ya təhsil haqqı və bir il müddətinə İmmiqrasiya və Naturalizasiya Xidməti tərəfindən müəyyən edilmiş təhsil üçün yaşayış icazəsi ilə əlaqəli tələb olunan gəlir kimi verilə bilər.
Uyğunluq meyarları:
- Qeyri-Avropa ölkəsinin vətəndaşı olmaq
- Hollandiya təhsil qrantı və kredit sistemi çərçivəsində dəstək üçün uyğun olmaq
- Hollandiyadan kənarda orta məktəbi və/yaxud bakalavr dərəcəsini bitirmək
- Başlama tarixi 1 sentyabr 2024-cü il olan uyğun beynəlxalq magistr proqramı üçün müraciət etmiş olmaq
Müraciət prosesi:
Təqaüdə müraciət edən namizədlər 1 fevral 2024-cü il, saat 23:59-a qədər müraciət etməlidirlər, bundan sonra müraciət portalı bağlanacaq.
Bu təqaüdə müraciət etməklə bağlı ətraflı məlumat üçün rəsmi veb sayta baş çəkə bilərsiniz.
University of Twente Scholarships (UTS)
University of Twente Təqaüdləri bu universitetdə magistr proqramına müraciət edən həm Avropa, həm də qeyri-Avropa ölkələrindən olan tələbələr üçün müəyyən edilib.
Ev sahibi təşkilatları:
University of Twente, Niderland
Tədris səviyyəsi/sahələri:
- Tətbiqi Riyaziyyat
- Tətbiqi Fizika
- Biotibbi mühəndislik
- Biznesin idarə edilməsi
- Biznes İnformasiya Texnologiyaları
- Kimya Elmləri və Mühəndislik
- İnşaat Mühəndisliyi və İdarəetmə
- Kommunikasiya Elmləri
- Kompyuter elmləri
- Tikinti menecmenti və mühəndisliyi
- Təhsil Elmi və Texnologiyası
- Elektrik Mühəndisliyi
- Daxili sistemlər
- Ətraf Mühitin və Enerjinin İdarə Edilməsi
- Avropaşünaslıq
- Səhiyyə Elmləri
- Sənaye Dizayn Mühəndisliyi
- Sənaye Mühəndisliyi və İdarəetmə
- Qarşılıqlı əlaqə texnologiyası
- Mexanika Mühəndisliyi
- Nanotexnologiya
- Elm, Texnologiya və Cəmiyyətin Fəlsəfəsi
- Psixologiya
- Robototexnika
- Dövlət İdarəçiliyi
- Davamlı Enerji Texnologiyası
Təqaüd üçün nəzərdə tutulanların sayı:
Təxmini 50
Hədəf qrupu:
Həm AB/AİB, həm də qeyri-AB/AİB ölkələrindən olan beynəlxalq tələbələr
Təqüd dəyəri:
Təqaüdün dəyəri bir il üçün 3,000€ – 22,000€ arasında dəyişir. İki illik təhsil proqramı olduğu halda, tələbələr bu təqaüd proqramı üçün tələblərə cavab verdikdə birinci ildəki məbləğə bərabər olan əlavə təqaüd də əldə edə bilərlər.
Uyğunluq meyarları:
- Təqaüd proqramına ayrıca olaraq müraciət etmək
- Maliyyələşdirmədən asılı olmayaraq, əvvəlcə qəbul məktubu almaq
- Tələbə nömrəsinə sahib olmaq
- Hollandiya giriş vizası almaq üçün şərtlərə əməl etmək
- İngilis dili imtahanı tələblərinə cavab vermək (IELTS 6.5 (və ya TOEFL iBT 90) və nitq bacarıqlarının alt balında əlavə 6.0 (TOEFL iBT 20) uyğun gəlmək)
Müraciət prosesi:
Müraciətlər 15 oktyabr 2023-cü ildə açılıb.
Əvvəlcə magistr proqramına müraciət etməlisiniz. Magistr proqramına müraciət etdikdən və (şərti) qəbul məktubu aldıqdan sonra tələbə nömrənizlə təqaüd üçün müraciət edə bilərsiniz. 15 oktyabr 2023-cü ildə açılan 1-ci mərhələnin müraciətləri üçün son tarix 1 fevral 2024-cü il, 1 fevral 2024-cü ildə açılan 2-ci mərhələnin müraciətləri üçün isə son tarix 1 may 2024-cü ildir.
Müraciət prosesinə başlamaq və bu təqaüdə müraciət etməklə bağlı ətraflı məlumat almaq üçün rəsmi veb sayta baş çəkmək vacibdir.
Amsterdam Merit Scholarship
Amsterdam Universiteti dünyanın ən parlaq tələbələrini beynəlxalq sinif otaqlarına cəlb etməyi hədəfləyir. Avropa İqtisadi Bölgəsi xaricindən olan savadlı tələbələr Amsterdam Merit Təqaüdü üçün müraciət edə bilərlər.
Ev sahibi təşkilatı:
Amsterdam Universiteti, Niderland
Tədris səviyyəsi/sahələri:
Magistr dərəcəsi üçün nəzərdə tutulan tədris sahələri:
- Uşaq İnkişafı və Təhsili
- Ünsiyyət
- İqtisadiyyat və Biznes
- Humanitar elmlər
- Hüquq
- Əczaçılıq
- Psixologiya
- Elm
- İctimai elmlər
Təqaüd üçün nəzərdə tutulanların sayı:
Qeyd edilməmişdir.
Hədəf qrupu:
Avropa Birliyinə daxil olmayan ölkələrdən olan beynəlxalq tələbələr
Təqaüdün dəyəri:
Fakültədən asılı olaraq, təqaüd 2,000€ – 25,000€ arasında dəyişə bilər. Amsterdam Merit Təqaüdü bəzən Amsterdam Universitetinin iştirakçı üzvü olduğu Hollandiya Təqaüdü ilə əlavə verilə bilər.
Uyğunluq meyarları:
- Qeyri-AB/AİB pasportu olan və Amsterdam Universitetində dərəcə proqramı üçün müraciət etmiş tələbələr
Müraciət prosesi:
Hazırda müraciətlər bağlıdır.
Ərizələr Magistratura Qəbul Komissiyalarına təqdim edilməlidir. Xüsusi uyğunluq tələblərini, seçim meyarlarını və müraciət təlimatlarını Fakültə və ya Magistratura şöbəsinin internet saytında tapa bilərsiniz. Təqaüd ərizələri üçün son tarix fakültədən asılı olaraq dəyişir. Əksər fakültələrdə müraciət etmək üçün son tarix 15 yanvar 2022-ci ildir.
Bu təqaüd proqramına necə müraciət etmək barədə ətraflı məlumat üçün rəsmi veb sayta baş çəkməyiniz tövsiyə edilir.
Maastricht University Holland-High Potential scholarship
Bu təqaüd proqramı magistraturaya qəbul olunmuş yüksək istedadlı tələbələr üçün müəyyən edilmişdir.
Ev sahibi təşkilatları:
Maastricht University, Niderland
Təhsil səviyyəsi/sahələri:
Bu təqaüd proqramı çərçivəsində 2024-25-ci illər üçün iştirak edən Magistr proqramlarının siyahısı.
Təqaüd üçün nəzərdə tutulanların sayı:
24 tam təqaüd
Hədəf qrupu:
Avropa Birliyinə daxil olmayan ölkələrdən olan beynəlxalq tələbələr.
Təqaüd dəyəri:
Təqaüd yaşayış xərclərini (12,350€ – 13 ay; 23,750€ – 25 ay), sağlamlıq sığortasını (700€), viza xərclərini (210€), təhsil haqqını əhatə edir.
Bu təqaüd bir illik magistr proqramı üçün 13 ay və iki illik magistr proqramı üçün 25 ay təyin edilmişdir.
Uyğunluq meyarları:
- Aİ/AİB, İsveçrə və ya Surinamdan kənar bir ölkədə vətəndaşlığa sahib olmaq
- Hollandiya üçün giriş vizası və yaşayış icazəsi almaq üçün tələblərə cavab vermək
- Aİ/AİB ölkəsinin ikili vətəndaşlığına sahib olmamaq
- 2024-2025-ci tədris illəri üçün Maastricht Universitetində əyani magistr proqramına qəbul olmaq üçün müraciət etmək
- Müraciət etdiyiniz Magistr proqramının qəbul tələblərinə cavab vermək
- Əvvəllər heç vaxt Hollandiyada ali təhsil, ibtidai təhsil və ya orta təhsil proqramında iştirak etməmək (Hollandiyada mübadilə proqramlarını bitirmiş tələbələr müraciət edə bilərlər)
Müraciət prosesi:
Təqaüdə müraciət etmək üçün əvvəlcə Maastrixt Universitetində iştirak edən Magistr Proqramından (MA) birinə qeydiyyatdan keçməlisiniz. Ərizənizi Studielink vasitəsilə təqdim etdikdən sonra, Təqaüd Ərizə Formasını doldurmaq və təqdim etmək üçün sizə lazım olan tələbə şəxsiyyət nömrəsi alacaqsınız. Daha sonra ərizə formasını doldurmalı, tələb olunan sənədləri yükləməli və ərizənizi onlayn təqdim etməlisiniz. Müraciət üçün son tarix 1 fevral 2024-cü ildir.
Ərizə formasına daxil olmaq və bu təqaüd üçün necə müraciət etmək barədə ətraflı məlumat əldə etmək üçün rəsmi veb sayta giriş edə bilərsiniz.
Radboud Encouragement Scholarship
Radboud Təqaüd Proqramı seçilmiş bir sıra istedadlı qeyri-Avropa Birliyi ölkəsindən olan tələbələrə Radboud Universitetində ingilis dilində tədris olunan magistr dərəcəsi proqramını davam etdirmək üçün verilir.
Ev sahibi təşkilat:
Radboud University, Niderland
Tədris səviyyəsi/sahələri:
İngilis dilində tədris olunan Magistratura Proqramları (Erasmus Mundus Magistr proqramları və birgə dərəcə Magistr proqramları istisna olmaqla).
Təqaüd üçün nəzərdə tutulanların sayı:
Maksimum 28: İncəsənət Fakültəsi (2), Hüquq Fakültəsi (5), Nijmegen İdarəetmə Məktəbi (4), Fəlsəfə, İlahiyyat və Dinşünaslıq Fakültəsi (2), Elm Fakültəsi (11), Sosial Elmlər Fakültəsi (4).
Hədəf qrupu:
Qeyri-Avropa Birliyindən olan Beynəlxalq Tələbələr
Təqaüdün dəyəri:
Qismən təqaüd təhsil haqqınızı 2.530€-a qədər azaldacaq. Məsələn: 2024/2025-ci illərdə qrant sahibi 17 000€ əvəzinə cəmi 2.530€ təhsil haqqı ödəyəcək.
Təqaüdlər həmçinin Hollandiyada qalmağınız üçün viza, yaşayış icazəsi, sağlamlıq sığortası kimi xərcləri də əhatə edir.
Təqaüd alıcısı kimi seçildiyiniz və iki illik Magistr proqramına qəbul olduğunuz halda, ikinci il üçün yenidən qrant almaq məqsədilə birinci ildə bütün fənləri keçmiş olmalısınız.
Uyğunluq meyarları:
- qeyri-Avropa Birliyi ölkəsinin vətəndaşı olmaq
- Hollandiyadan kənarda əldə edilmiş bakalavr dərəcəsinə sahib olmaq
- Əvvəllər Hollandiyada heç bir dərəcə əldə etməmək
- Hollandiya vizası almaq üçün şərtlərə əməl etmək
Müraciət prosesi:
Magistr proqramına qəbul üçün müraciətiniz zamanı bu təqaüd proqramını da qeyd etməklə müraciət edə bilərsiniz. Daha sonra sizdən əlavə sənədlər də yükləməyiniz tələb olunacaq. Siz ərizənizi 31 yanvar 2024-cü il tarixinə qədər tamamlamalısınız.
Bu təqaüd üçün necə müraciət etmək barədə ətraflı məlumat almaq üçün onlayn müraciət sisteminə daxil ola bilərsiniz.
Amsterdam Economics and Business Talent Fund
Amsterdam Universitetində təklif olunan uyğun Magistr Proqramlarında təhsil almaq istəyən qyri-Avropa ölkələrindən olan istedadlı tələbələrə verilən təqaüd proqramıdır.
Ev sahibi təşkilat:
Amsterdam University, Niderland
Tədris səviyyəsi/sahələri:
Aşağıdakı fakültələr üzrə ingilis dilində tədris olunan Magistratura Proqramları:
- Uşaq İnkişafı və Təhsili
- Ünsiyyət
- İqtisadiyyat və Biznes
- Humanitar elmlər
- Hüquq
- Psixologiya
- Elm
- İctimai elmlər
Təqaüd üçün nəzərdə tutulanların sayı:
Qeyd edilməmişdir
Hədəf qrupu:
Qeyri-Avropa Birliyindən olan Beynəlxalq Tələbələr
Təqaüdün dəyəri:
Bir tədris ili üçün 25,000€ (təhsil və yaşayış xərclərini əhatə edən) məbləğində tam təqaüddür və iki illik magistr proqramları üçün ikinci il müddətinə uzadılması mümkündür.
Uyğunluq meyarları:
Seçim akademik mükəmməlliyə və seçilmiş magistr proqramının tələbənin gələcək karyerasına uyğunluğuna əsaslanır.
Müraciət prosesi:
Hazırda müraciətlər bağlıdır.
Müraciətlər Magistratura üzrə Qəbul Komissiyaları vasitəsilə edilir. Xüsusi uyğunluq tələblərini, seçim meyarlarını və müraciət təlimatlarını rəsmi internet saytında tapa bilərsiniz. Təqaüd üçün son tarixlər təhsil müəssisəsinə görə fərqlənir.
Bu təqaüdə müraciət etmək barədə ətraflı məlumat üçün rəsmi veb saytı ziyarət etmək vacibdir.
Mr. Julie Henriëtte Jaarsma-Adolfs Scholarship
Bu təqaüd proqramı sentyabr ayından başlayaraq Amsterdam Hüquq Master Təhsil Müəssisəsində tam magistr təhsili almaq istəyən, Avropa Birliyi daxilində və xaricində istedadlı və həvəsli tələbələr üçün nəzərdə tutulub. Seçim (bakalavr) akademik göstəricilərə və motivasiyaya əsaslanır.
Ev sahibi təşkilat:
The Amsterdam Graduate School of Law, Niderland
Tədris səviyyəsi/sahələri:
Magistratura təhsil səviyyəsi üzrə hüquq proqramları:
Beynəlxalq və Avropa hüququ
Avropa Şəxsi Hüququ
Hüquq və Maliyyə
Beynəlxalq Cinayət Hüququ
Təqaüd üçün nəzərdə tutulanların sayı:
Qeyd edilməmişdir
Hədəf qrupu:
Avropa və Qeyri-Avropa Birliyindən olan Beynəlxalq Tələbələr
Təqaüd dəyəri:
Bu təqaüd hər bir tədris ili üçün nəzərdə tutulub. Təqaüd AB-yə daxil olmayan tələbələrin təhsil haqları üçün təqribən 16.500€ və yaşayış xərcləri üçün 8.500€ əhatə edir. Əgər təqaüd AB vətəndaşına verilərsə, o zaman təqaüd miqdarı 12.000€, təhsil haqqı üçün təxminən € 2.100 və yaşayış xərcləri üçün 9.900€ olacaq.
Uyğunluq meyarları:
- Qeyri-Hollandiya vətəndaşlığına sahib olmaq
- İlk dəfə Amsterdam Universitetində magistr proqramına müraciət etmək (Bu Təqaüd Amsterdam Universitetində ikinci magistr dərəcəsini almaq istəyən namizədlərə verilməyəcək)
- Hollandiya viza qaydalarına əməl edə bilmək
- Təqaüdün verildiyi tədris ili və proqram üçün tam müddətli tələbə kimi qeydiyyatdan keçmək.
- Yuxarıda qeyd edilən təhsil sahələrində təhsil almaq üçün müraciət etmək
Müraciət prosesi:
Yanvarın 1-dən əvvəl magistratura üçün rəsmi veb sayt vasitəsilə ərizənizi təqdim etməlisiniz və təqaüd ərizə formasını 15 yanvar 2024-cü il tarixinə qədər təsdiq etməlisiniz.
TU Delft Applied Sciences Faculty Scholarship
Bu təqaüd proqramı Delft Texnologiya Universitetinin təşəbbüsü ilə dünyanın ən parlaq beynəlxalq tələbələrini siniflərinə cəlb etmək məqsədi daşıyır. Bu səbəbdən, bu təhsil müəssisəsi istedadlı və motivasiyalı beynəlxalq tələbələrə TU Delft-də dərəcə almaq imkanı təklif etmək üçün xüsusi olaraq hazırlanmış bir neçə təqaüd proqramı yaratmışdır.
Ev sahibi təşkilat:
Delft University of Technology (TU Delft), Niderland
Tədris səviyyəsi/sahələri:
Texnologiya sahəsi üzrə magistratura proqramları
Təqaüd üçün nəzərdə tutulanların sayı:
Qeyd edilməmişdir.
Təqaüdün dəyəri:
Bu təqaüd təhsil haqqını qarşılayır və yaşam xərclərinə dəstək xarakteri daşıyır.
Uyğunluq meyarları:
- Magistratura proqramına müraciət etmək
- İngilis dili biliyini təsdiq edən sertifikata malik olmaq (bütün tələbələr üçün məcburidir)
- Təqaüd ərizə formasını doldurmaq (SAF)
- Ərizə forması ilə birlikdə lazımi sənədləri təqdim etmək
Müraciət prosesi:
Təqaüd üçün son tarixdən əvvəl tam magistr proqramı üçün ərizənizi məcburi təqaüd sənədləri ilə (2 arayış məktubu və təqaüd ərizə forması daxil olmaqla) təqdim edin. Sizin ərizəniz daha sonra nəzərdən keçiriləcək və qəbul qərarı veriləcəkdir; o anda siz də Təqaüd üçün nəzərdə tutulmuş olacaqsınız.
Qeyd: Namizədlər təqaüd ərizəsi təqdim etmək üçün qəbul qərarını gözləməməlidirlər. Təqaüdlə bağlı ətraflı məlumatla rəsmi veb saytda tanış ola bilərsiniz.
Nidelandda təhsillə bağlı digər blog yazımızı isə burdan oxuya bilərsiniz.