Niderland və ya Hollandiya, Qərbi Avropada yerləşən inkişaf etmiş ölkədir. Təbii ki, təhsili də kifayət qədər adlı-sanlıdır. Niderlandda təhsil bəxş etdiyi imkanlarla tələbələrin sevimlisinə çevrilib! Bu bloq yazıda iş imkanlarından yaşayışa qədər ətraflı məlumatlar əks olunmuşdur!
Bu bloqa daxildir:
- Niderlandın üstünlükləri
- Xoş mühit
- Niderlandda təhsil səviyyəsi
- Universitetlərdə ixtisaslaşma
- Niderlandda təhsil almaq üçün akademik tələblər
- Hollandiyada təhsil almaq üçün son müraciət tarixləri
- Niderlandda təhsil vizası
- Niderlandda yaşayış xərcləri
- Hollandiyada təhsil alarkən yerləşmə
- Niderlandda təhsil haqları və yaşayış xərcləri
- Təqaüdlər
- Niderlandda iş imkanları
Niderland həm qısamüddətli (Erasmus), həm də uzunmüddətli təhsil imkanına malik olduğundan beynəlxalq tələbələr arasında getdikcə populyarlaşır. Niderlandda təhsil almaqla tələbələr həm akademik, həm də iş təcrübəsi qazana bilirlər, çünki Niderlandda tələbələr üçün çox geniş iş imkanları var.
Bu universitetlərdə ingilis dilində tədris edilən proqramların sayı olduqca çoxdur. Diqqətəlayiq məqam odur ki, Niderlandın tanınmış universitetlərində ingilis dilində tədris olunan proqramların çoxalması o deməkdir ki, Niderland indi ABŞ, Böyük Britaniya və Kanada kimi ölkələrlə müqayisədə daha aşağı təhsil haqları təklif etməklə güclü rəqabət aparır.
Niderlandın üstünlükləri
Niderlandda təhsil almaqla maraqlanırlarsınızsa, nəzərə almalı olduğunuz bir sıra xüsusi üstünlüklər də var:
- Hollandiyada inkişaf edən beynəlxalq tələbə icması var, yəni bu ölkəyə yeni gələn beynəlxalq tələbələr özlərini yad kimi hiss etməyəcəklər və daha qısa müddətdə müxtəlif ölkələrdən və millətlərdən dostlar qazanacaqlar!
- Niderland universitetləri beynəlxalq səviyyədə tanınırlar. Məşhur universitetlərinin demək olar ki, hamısı QS Universitet Reytinqində ilk 250-də yer alır.
- Hollandiya universitetlərində professorlar və tələbələr arasında güclü iş əlaqələrini təmin etmək məqsədilə fəaliyyət göstərən bir sıra əməkdaş kurslar da mövcuddur.
- Tələbələr bir sıra praktiki və peşə kurslarından yararlana bilərlər: bir çox Hollandiya universitetləri öz məzunlarını işlə təmin etmək üçün böyük şirkətlərlə də əməkdaşlıq edir.
Xoş mühit
Hollandiyada beynəlxalq tələbə kimi siz dərhal anlayırsınız ki, hollandlar arasında yaşamaq digər ölkələrlə müqayisədə asandır.
İngilis dili geniş yayılmışdır, çünki bu ölkənin yerli əhalisi ingilis dilini çox yüksək səviyyədə bilirlər.
Həmçinin son zamanlarda bu ölkəni seçən tələbələrin sayının getdikcə artması burada zəngin tələbə mühitini daha da gücləndirir.
Niderlandda təhsil səviyyəsi
Yüksək təhsil səviyyəsi təklif edən universitetlər bu ölkədə çoxluq təşkil edir.
Həmçinin Niderlandda təhsil “öz-özünə öyrənmə” təhsil xüsusiyyətinə malikdir. Burada əzbərə üstünlük verilmir. Bunun əvəzinə, mühazirəçilər və ya müəllimlər sinifdə müzakirəni asanlaşdırır və öyrənmə prosesinə rəhbərlik edirlər. Bu, həm bakalavr, həm də magistr proqramları üçün keçərlidir.
Eyni zamanda Niderlandda təhsil alan tələbə yoldaşlarınızla birgə işlədiyiniz seminar və dərslərdə qrup işinə də yer verilir. Bir çox tələbələrin fikrincə, bu, öyrənmək üçün mükəmməl bir yoldur.
Universitetlərdə ixtisaslaşma
Niderlandda universitetlər ixtisaslaşma məsələsinə görə fərqlənir. Hollandiyadakı tədqiqat universitetləri tələbələrə müəyyən bir fənnə yönəlmək üçün xüsusi bir yol təklif edir. Beləliklə, orta məktəbdən sonra artıq gənclər ixtisaslaşmaq istədikləri sahə barədə qərar vermiş olurlar. Tanınmış tədqiqat universitetlərinə aşağıdakılar daxildir:
- Maastricht University
- University of Amsterdam
- Erasmus University Rotterdam
Digər növə isə Tətbiqi Elmlərə yönəlmiş universitetlər daxildir. Tətbiqi Elmlərə həsr edilən Universitetlərdə tədris ili adətən dörd ildir. Bu universitetlərdə incəsənət və praktiki tətbiqə daha çox diqqət yetirirlər.
Bu tip universitetlərdə tədris olunan ixtisas sahələrinə aşağıdakılar daxildir:
- Kənd təsərrüfatı
- Turizm
- Təhsil
- Qida Texnologiyası
- Beynəlxalq Oyun Dizaynı və Memarlıq
Hollandiyada 41 Tətbiqi Elm Universiteti var. Bəziləri çox kiçikdir və konkret olaraq müəyyən bir sahədə ixtisaslaşmaya yönəlib.
Tədqiqat Universitetinin təklif etdiyi kurslarla Tətbiqi Universitetlər tərəfindən təklif olunan kurslar arasında demək olar ki, üst-üstə düşmə halı olmur. Bu o deməkdir ki, bu iki təhsil yolu arasındakı qərar çox ikili (və ya olduqca sadədir).
Hər iki universitet növü tərəfindən təklif oluna biləcək iki əsas kurs hüquq və biznesdir. Tətbiqi Elmlər Universitetində fərq ondadır ki, tələbələr dərhal biznes və hüququn daha praktiki, daha çox işə əsaslanan elementləri ilə tanış olacaqlar.
Tətbiqi Elmlər Universitetində dərəcə kurslarının əksəriyyəti dörd illik olsa da, bu universitetlərin bəziləri üç illik tədris də həyata keçirməyə başlayıblar. Bəzi tələbələr universitetdən erkən məzun olmaq üçün üç illik tədris proqramını istəyirlər, lakin unutmayın ki, bu sürətli kurs dərəcələri intensivdir və hər kəs üçün uyğun deyil. Bu sahə üzrə ixtisaslaşma həyata keçirən universitetlər aşağıdakılardır:
- Hague University of Applied Science
- Stenden University of Applied Sciences
- Rotterdam University of Applied Sciences
Niderlandda təhsil almaq üçün akademik tələblər
Niderlandda təhsil üçün universitetə qəbul tələbələri Hollandiyanın milli məlumat bazası olan Studielink vasitəsilə hesab yaratmalıdırlar.
Niderlandın əksər universitetləri tələbələrdən orta məktəb təhsili tələb edir.
İngilis dilli proqrama müraciət edən tələbələr bu dili mükəmməl səviyyədə bildiklərini sübut etmək üçün IELTS və ya TOEFL kimi rəsmi dil sertifikatına yiyələnməlidirlər.
Hollandiyaya müraciət edən beynəlxalq tələbələri tez-tez çaşdıran məqam zahirən aşağı giriş tələbləridir, lakin nəzərə almalı çox vacib məsələ var:
Hollandiyada tədris ili iki uzun (20 həftə) semestrə bölünür: birinci il ərzində 5-6 imtahan dövrünün olması adi haldır: kifayət qədər yüksək nəticələr əldə etməyən tələbələrə universitetin ikinci ilinə davam etməyə icazə verilmir. Təsadüfi deyil ki, hər il burada təhsil alan tələbələrin 7%-i məhz bu səbəbdən təhsillərini davam etdirə bilmirlər.
Hollandiyada təhsil almaq üçün son müraciət tarixləri
Niderlandda tıhsil üçün müraciətlər adətən sentyabr və ya oktyabr aylarında açılır. Əksər proqramlar üçün son müraciət tarixi 1 Maydır. Məhdud sayda yerin olduğu proqramlar üçün son tarix yanvar ayına yaxındır.
Niderlandda təhsil vizası
Əgər siz Avropa Birliyinə daxil olan ölkələrdən birinin vətəndaşısınızsa, Niderlandda təhsil almaq üçün vizaya ehtiyacınız yoxdur.
Qeyri-Avropa Birliyi ölkəsindənsinizsə, buradakı universitetiniz vasitəsilə yaşayış icazəsinə müraciət edə bilərsiniz. Universitet işçiləri bu prosesdə sizə kömək edəcəklər. Mürəkkəb görünsə də, universitetinizin köməyi ilə hər şey asan və rahat olacaq.
Unutmayın ki, yaşayış icazəsi tələbələrə bütün Avropa Birliyi və Şengen zonasında vizasız səyahət etmək imkanı verir və bu, səyahət etmək istəyən tələbələr üçün əla fürsətdir!
Niderlandda yaşayış xərcləri
Yerləşmədən asılı olaraq, siz hər ay 800 €- 1200€ arasında pul xərcləyəcəksiniz, miqyasın yuxarı hissəsində Amsterdam, aşağı hissədə isə Qroningen və Enschede var.
Əgər tək yaşayırsınızsa, ayda təxminən 170€ yeməyə ayırmalı olacaqsınız – Lidl, Aldi və Albert Heijn Niderlanda təhsil alan tələbələr üçün ən ucuz supermarket şəbəkələri hesab edilir.
Nəqliyyat bahalıdır – hətta Avropa Birliyinin digər ölkələri ilə müqayisədə də bahalıdır, lakin siz pulunuza qənaət edə də bilərsiniz. Məsələn: qısa məsafələr üçün velosipeddən istifadə etməyiniz tövsiyə olunur.
Hollandiyada təhsil alarkən yerləşmə
Yerləşmə məsələsinə gəldikdə isə, Niderlandda yerləşmə üçün müxtəlif yollar var.
Birinci kurs beynəlxalq tələbələri arasında yayılan ən populyar seçim- universitet tərəfindən idarə olunan yaşayış yerləri, yataqxanalardır. Buna baxmayaraq, Hollandiyalı tələbələrin əksəriyyəti adətən ortaq, şəxsi mənzillərə üstünlük verir.
Yataqxanalar
Əksər Niderland universitetlərinin kampusu yoxdur – onlar şəhər universitetləridir, yəni universitet xüsusi, müstəqil kampusdan fərqli olaraq şəhər daxilində yerləşən binaları əhatə edir.
Digər hallarda, universitet özəl ev sahibləri ilə müqavilələr bağlayır və bu şəkildə yerləşdirməyə nəzarət edir.
Qeyd: Niderlandda təhsil alacaq tələbələrin iyun ayından əvvəl yataqxana üçün müraciət etmələri qeyri-adi deyil, ona görə də onlar diqqətli olmalıdırlar! Otaqlar tez dolur, ona görə də tez hərəkət etmək daha yaxşıdır.
Şəxsi mənzillər
Hollandiyada təhsil alanlar üçün ən populyar seçim şəxsi mənzillərdir. Tələbələr ya daha böyük bir mənzilin bir hissəsi olan tək otaq icarəyə götürə bilər, ya da bir qrup tələbə ilə birlikdə mənzil axtarışına çıxıb tapa bilər.
Birincisi, xüsusilə birinci illərdə ən çox yayılmışdır. Hollandiyada mənzil, xüsusilə Amsterdam kimi böyük şəhərlərdə rəqabətlidir.
Tələbələr ev tapmaqla bağlı rəqabətə hazır olmalıdırlar, hətta potensial ev yoldaşları tərəfindən müsahibə edilə bilərlər bilər: musiqi zövqündən tutmuş, həyat tərzi vərdişlərinə qədər istənilən suala cavab verməlidirlər.
Niderlandda təhsil haqları və yaşayış xərcləri
Niderland universitetlərində yerli və Avropa Birliyinin tələbələri üçün (2023-2024-cü illər üçün) təxminən 2.314€ standart təhsil haqqıdır.
Digər tərəfdən, AB-yə daxil olmayan tələbələr üçün ödənişlər həm dəyişkəndir, həm də daha bahalıdır. Ümumi qayda olaraq, bir bakalavr üçün ildə təxminən 6.000-15.000€, Universitet Kollecində İncəsənət sahəsi üçün ildə 14.000€ və tibb sahəsi üçün 32.000€-a qədər ödəniş tələb edilə bilər.
Yaxşı xəbər odur ki, Hollandiyada tələbələr hər cür endirimlərdən yararlana bilirlər. Tələbələrə Niderland üzrə tələbə statuslarını təsdiq edəcək və hər cür əlverişli endirimləri açacaq ISIC kartı almağı tövsiyə edirik.
Təqaüdlər
Hollandiyada universitetdə oxumaq istəyən beynəlxalq tələbələr üçün bir sıra təqaüd proqramları da mövcuddur!
Niderlandda təhsil təqaüdü bütün beynəlxalq tələbələr üçün açıqdır. Tələbələr təqaüd seçimlərini onlayn olaraq araşdıra bilərlər və seçim etdikləri universitetlər ilə daima birbaşa əlaqə saxlamalıdırlar. Aşağıda bir neçə təqaüd proqramını sizinlə bölüşürük:
1. Holland Government Scholarship
- Təqaüd məbləği: 5,000€
- Dərəcə: Bakalavr və magistr
2. Utrecht Excellence Scholarships
- Təqaüd məbləği: təhsil haqqı, həmçinin təhsil haqqı + əlavə qrant
- Dərəcə: Magistr
3. University Twente Scholarship
- Təqaüd məbləği: 3,000€ – 22,000€ (bütün tədris ili üçün)
- Dərəcə: Magistr
4. Amsterdam Merit Scholarship
- Təqaüd məbləği: Təqaüd məbləği fakültədən asılı olaraq dəyişir
- Dərəcə: Bakalavr, magistr
5. Maastricht University Holland-High Potential scholarship
- Təqaüd məbləği: təhsil haqqı, 26,000€
- Dərəcə: Magistr
6. Radboud Encouragement Scholarship
- Təqaüd məbləği: təhsil haqqı, 11,520€
- Dərəcə: Magistr
7. Amsterdam Economics and Business Talent Fund
- Təqaüd məbləği: təhsil haqqı, yaşam xərcləri üçün təqaüd
- Dərəcə: Magistr
8. Mr. Julie Henriëtte Jaarsma-Adolfs Scholarship
- Təqaüd məbləği: 25,000€
- Dərəcə: Magistr
9. TU Delft Applied Sciences Faculty Scholarship
- Təqaüd məbləği: təhsil haqqı, yaşam xərclərinə dəstək
- Dərəcə: Magistr
Niderlandda iş imkanları
Qeyd etdiyimiz kimi, Hollandiyada işsizlik səviyyəsi aşağıdır (3,3%) və bir çox şirkətlər Hollandiya universitetlərinin yeni məzunlarını işə götürməkdə maraqlıdırlar. Heineken, KLM və Shell kimi böyük brendlərdən belə sizə iş təklifləri gələ bilər. Buna hazır olun!
Ümumilikdə isə, beynəlxalq tələbələrə semestr ərzində həftədə 10 saata qədər part-time, universitet olmadığı zaman isə tam iş günü işləməyə icazə verilir.
Hollandiyada qalmağı düşünənlərə daimi iş tapmaq məqsədilə vizanın bir il uzadılması üçün müraciət etmək imkanı verilir. Əgər siz iş tapa bilsəniz, adi yaşayış icazəsi üçün müraciət edə bilərsiniz.
Yuxarıda qeyd edilən üstünlükləri və xüsusiyyətləri nəzərə alsaq, son söz budur : Necə deyərlər “Niderlanda xoş gəldiniz!”