72,000-ə yaxın beynəlxalq tələbəyə ev sahibliyi edən Polşa şəhərləri maraqlı mədəniyyət, memarlıq və landşaft qarışığı ilə yanaşı, iqtisadi güc mərkəzi olan Berlin, Paris, Milan və s. yaxınlıqda yerləşir. Bundan əlavə, Polşa universitetləri ardıcıl olaraq dünyanın ən yaxşı universitetləri arasında sayılırlar. Polşanın ali təhsil sisteminin artan nüfuzu ölkənin təklif etdiyi yeganə şey deyil. İngilis dilində proqramlar təklif edən bir sıra universitetlər, eləcə də aşağı yaşayış xərcləri, zəngin mədəni irs və gözəl şəhərləri ilə Polşanın niyə sürətlə təhsil almaq üçün populyar ölkələrdən birinə çevrildiyini anlamaq heç də çətin deyil. Əvvəlki yazımızda sizə məhz Polşada təhsil almaq üçün 8 səbəb qeyd etmişdik. Bu bloq vasitəsilə isə gəlin Polşada araşdırmalı olduğunuz bəzi əsas akademik qurumlara baxaq.
Polşa Universitetlərinin ən son reytinqi:
Polşa Universitetləri | Şəhər | QS Dünya Universitetləri Reytinqi 2023 |
University of Warsaw | Varşava | 308 |
Jagiellonian University | Krakov | 309 |
Warsaw University of Technology | Varşava | 501-510 |
AGH University of Scienceand Technology | Krakov | 801-1000 |
Adam Mickiewicz University, Poznań | Poznan | 801-1000 |
Gdańsk University of Technology | Qdansk | 801-1000 |
University of Gdańsk | Qdansk | 801-1000 |
Cracow University of Technology (Politechnika Krakowska) | Krakov | 801-1000 |
Lodz University of Technology | Lodz | 801-1000 |
University of Łódź | Lodz | 801-1000 |
Nicolaus Copernicus University in Toruń | Torun | 801-1000 |
Poznan University of Technology | Poznan | 801-1000 |
University of Silesia in Katowice | Katovitse | 801-1000 |
Top Polşa Universitetləri:
University of Warsaw (Varşava Universiteti)
Dünyadakı universitetlərin ən yaxşı 3%-nə aid olan Varşava Universitetinin ən müasir tədqiqat imkanları və üç yayılmış kampusu ilə Polşanın ən böyük universitetlərindən biridir. Universitet 100-dən çox ənənəvi ali təhsil proqramı ilə yanaşı, 29 ikili diplom proqramı təklif edir. Varşava Universitetində təhsil alan 45,400 tələbənin 5,000-ə yaxını xarici ölkələrdəndir. Bu ali təhsil qurumu, Avropa İttifaqı tərəfindən təltif edilən 4EU+ Avropa Universitetlər Alyansı kimi nüfuzlu beynəlxalq alyansların, eləcə də 100-ə yaxın tədqiqat şəbəkəsinin bir hissəsidir.
Bir maraqlı fakt kimi onu vurğulamaq istərdik ki, Ədəbiyyat üzrə gələcək Nobel Mükafatı laureatı Çeslav Miloş 2-ci Dünya Müharibəsi zamanı universitet kitabxanasında çalışmışdı.
Jagiellonian Universiteti (Yagellon Universiteti)
1364-cü ildə qurulan və Polşanın, eləcə də Avropanın ən qədim universitetlərindən biri olmaq şərəfini daşıyan Yagellon Universiteti əvvəllər yalnız Liberal İncəsənət, Tibb və Hüquq fakültələrini özündə birləşdirirdi. Daha sonralar təkcə Polşa icması üçün deyil, həm də hollandlar, italyanlar, fransızlar, ingilislər və misirlilər, hindular və mərkəzi Amerika icmaları üçün ali təhsil, tədqiqat və öyrənmə mərkəzi olmuşdur. Hazırda burada 16 ixtisaslaşdırılmış müəssisə, yəni Fəlsəfə fakültəsi, Beynəlxalq və Siyasi Tədqiqatlar Fakültəsi və Fizika, Astronomiya və Tətbiqi Kompüter Elmləri fakültələrində təklif olunan 100-ə yaxın müxtəlif təhsil sahəsi üzrə 41,661 tələbə təhsil alır.
Yagellon Universiteti məlumat mobilliyini təşviq etmək üçün Erasmus Mübadilə Proqramı, COIMBRA, Trinity College Dublin, Böyük Britaniya, KU Leuven, Belçika və Qroningen Universiteti, Hollandiya və Avropa İttifaqının üzvü olduğu çoxsaylı beynəlxalq müqavilələr bağlamışdır.
AGH University of Science and Technology (AGH Elm və Texnologiya Universiteti)
Tanınmış mühəndis Yan Zaranskinin himayəsi altında qurulan AGH Elm və Texnologiya Universiteti hazırda 62 elm sahəsi üzrə 27,000-dən çox tələbəyə ev sahibliyi edir və onlara 1845 nəfərlik professor və müəllim heyəti tədris keçir. Polşanın ən yaxşı universitetləri siyahısında digər əsas qeyd olunan qurum, dünyanın müxtəlif yerlərində CERN, AB Proqramları, Erasmus LLP və s. kimi təşkilatlarla 400-dən çox müqavilə imzalamışdır. Bundan əlavə, Swinburne Texnologiya Universiteti, Viskonsin Universiteti, Kent Dövlət Universiteti və bir çox digər ABŞ, Kanada, Avstraliya, İngilərətə universitetləri ilə müqavilələri vardır.
Adam Mickiewicz University, Poznań (Poznan, Adam Mickiewicz Universiteti)
400 illik zəngin tarixə malik olan Poznań, Adam Mickiewicz Universiteti adını əfsanəvi Polşa şairi Adam Mickiewiczdən götürür və Polşanın ən yaxşı 5 universiteti sırasındadır. Poznandakı üç kampusdan əlavə, universitet, Kalisz, Gniezno və Słubice-də əlavə kampuslardan ibarətdir. Tarixi Böyük Polşa ərazisində yerləşən universitet İngilis dili fakültəsi, Riyaziyyat və Kompüter Elmləri Fakültəsi, Coğrafiya və Geologiya Elmləri Fakültəsi və Sosial Elmlər Fakültəsi və digərləri vasitəsilə həm ingilis, həm də polyak dilində təhsil proqramları təklif edir. Universitetetin örkəmli məzunları siyahısına Nobel mükafatı laureatı Mari Küri və dünya müharibəsi dövrünün bütün riyaziyyatçıları Marian Rejewski, Henryk Zygalski və Jerzy Różycki kimi adlar daxildir.
Gdańsk University of Technology (Qdansk Texnologiya Universiteti)
Qdansk Texnologiya Universiteti nisbətən gənc ali təhsil müəssisəsi olsa da, Polşanın köklü texniki universitetlərindən birinə çevrilmək üçün davamlı şəkildə inkişaf etmişdir. Elmi tədqiqat təşkilatı olan Danzig Tədqiqat Cəmiyyətinin ianəsindən sonra qurulan universitet indi Polşada MBA təhsili almaq üçün maraqlı fürsət də daxil olmaqla, müxtəlif təhsil səviyyələri üzrə həm polyak, həm də ingilis dillərində dərəcə proqramları təklif edir. ABŞ-ın Purdue Universiteti, Böyük Britaniyanın Qlazqo Universiteti, Almaniyanın Bremen Universiteti və Fransanın Bordo Universiteti və bir çox dünaynın top universitetləri də Qdansk Texnologiya Universiteti ilə ittifaq yaradıblar.
Top 5 özəl Polşa universiteti
Özəl universitetlər hər bir ölkədə təhsil sisteminin önəmli hissəsinə çevrilir və Polşa heç də istisna deyil. Beləki Polşada 300-dən çox özəl universitet var ki, bu universitetlər tələbələrin seçmələri üçün müxtəliflik yaradır. Özəl universitetlərin sayının artması Polşada təhsil almaqda maraqlı olan tələbələrə daha çox seçim imkanı verir ki, bu da bu onların istəklərinə uyğun qəbul əldə etmə şansını artırır.
EDWAYS olaraq sizə ən yaxşı 5 özəl universiteti sıraladıq.
- Kozminski University
- SWPS University
- John Paul II Catholic University of Lublin
- Lazarski University
- Polish-Japanese Academy of Information Technology