Mərkəzi Avropada yerləşən Polşa, mədəni müxtəlifliyi, sakit gözəlliyi ilə tanınır və Pierogi və Kartof ölkəsi kimi xatırlanır! Polşanın paytaxtı Varşava ölkənin ən səs-küylü şəhəridir. Polşa həmçinin Şərqi-Mərkəzi Avropa zonasında ən böyük birjaya malik Avropa İttifaqında altıncı ən böyük iqtisadiyyata malikdir. Zəngin tarixi, mədəniyyəti və iqtisadiyyatı ilə yanaşı, bu ölkə həm də Avropanın digər hissələri ilə müqayisədə yüksək səviyyəli akademik institutları, mədəniyyəti və müvafiq olaraq daha ucuz təhsili ilə tələbələrin diqqətini çəkir. Polşada təhsil almaq haqqında düşünürsünüzsə və ən yaxşı 10 səbəbi bilmək istəyirsinizisə bu yazını mütləq oxuyun!
![Polşada təhsil almaq üçün 8 səbəb 2](https://xaricdetehsil.in/wp-content/uploads/2023/06/Polsada-təhsil-is-1.png)
Polşada təhsil və keyfiyyət
450-dən çox ali təhsil müəssisəsinə ev sahibliyi edən Polşa Avropanın ən məşhur təhsil yerlərindən biridir. Polşada təhsil almağın əsas səbəblərindən biri beynəlxalq miqyasda tanınan Polşa təhsil sisteminin Boloniya prosesinin müəyyən etdiyi standartlara əməl etməsi və beləliklə, qazanılan dərəcələrin beynəlxalq səviyyədə tanınmasıdır. Təklif olunan saysız-hesabsız qısamüddətli və tam iş proqramları ilə Polşanın akademik institutları nəzəri bilikləri, praktiki və yaradıcı bacarıqlarla təkmilləşdirməyi əsas götürür.Universitetlər beynəlxalq tələbələrə polyak, ingilis, alman, fransız, rus dillərində geniş proqramlar təklif edir. Polşanın ən yaxşı universitetlərindən bəziləri bunlardır:
- University of Warsaw
- Jagiellonian University
- Warsaw University of Technology
- AGH University of Science and Technology
- Adam Mickiewicz University, Poznan
- Cracow University of Technology (Politechnika Krakowska)
- Gdańsk University of Technology
- Lodz University of Technology
- Nicolaus Copernicus University
- Poznan University of Technology
Münasib təhsil xərcləri
Polşa Avropanın digər təhsil yerləri ilə müqayisədə beynəlxalq tələbələr arasında daha ucuz və sərfəli seçim hesab olunur. Təhsilin yüksək keyfiyyəti xərcləri üstələyir, bu da Polşanı təhsil almaq üçün əla seçimlərdən birinə çevirir. Təhsil xərcləri özəl universitetlərdən dövlət universitetlərinə, yerləşdiyi şəhərə, universitetin reytinqinə, beynəlxalq əlaqələrin güclülüyünə və akademik heyytə kimi bir çox nüansdan asılı olaraq dəyişir. Ümumilikdə götürdüyümüzdə universitet ödənişləri 6000 avroya kimi dəyişə bilsə də, bir çox proqramın illik ödənişləri 3000 avrodan aşağıdır. Avstraliya, ABŞ, Fransa, İngiltərə və s. Kimi yüksək təhsil proqramları təklif edən öılkələrlə müqayisədə iqtisadi səbəbləri nəzərə adlığımızda, Polşada təhsil almaq əla variant hesab oluna bilər.
Mədəniyyət
Polşa Qərb sivilizasiyasının əsas hissəsi olan zəngin mədəniyyətin vətənidir və bu ölkənin liderləri – şəxsiyyətləri incəsənət, musiqi, fəlsəfə, elm və ədəbiyyata böyük töhfələr veriblər. Polşada təhsil almağın əsas səbəbləri arasında Alman, Macar, Latın, eləcə də Osmanlı mədəniyyətlərinin təsirlərinin gözəl birləşməsi olan Polşa mədəniyyətini daha dərindən öyrənmək üçün heyrətamiz fürsəti qeyd etmək olar.
Hər il ölkə dünyanın hər yerindən insanları qarşılayır və həmişə siyasi və iqtisadi fəaliyyətlərdən daha çox mədəni tərəqqiyə üstünlük verib. Bu, Polşanı müxtəlif mədəniyyətlərdən zövq almaq üçün əla yer halına gətirir.
Polşada yaşam xərcləri
Yaşayış xərcləri də xaricdə təhsil yeri seçimində həlledici amil ola bilər və söhbət Avropaya gəldikdə, yaşayış xərcləri olduqca yüksəkdir. Lakin Polşa öz keyfiyyətini itirmədən münasib yaşayış xərcləri təklif edir. Kirayə qiymətləri və səyahət biletləri nisbətən ucuzdur. 200 ilə 300 avro arasında istənilən yerdə asanlıqla mənzil kirayə tap bilərsiniz. Tələbə yataqxanaları isə bundan daha da sərfəlidir. İctimai nəqliyyat da ucuz biletlər təqdim edir. Beləliklə, bu, Polşada təhsil almaq və büdcənizdən kənara çıxmadan bir Avropa ölkəsində yaşamaq üçün başqa bir əsas səbəbdir.
Polşada təhsil alarkən tələbə həyatı
Polşada təhsil almaq beynəlxalq tələbələrə unudulmaz parlaq tələbə həyatı təklif edir! Ölkənin təhsil sistemi praktiki öyrənmə və yaradıcı bacarıqlara əsas diqqət yetirsə də, tələbələrin il boyu onun səs-küylü şəhərlərini, kosmopolit atmosferlərini və mədəni şənliklərini kəşf etmələri təmin edir! Təhsil alan gənc, şənliklərə, musiqi festivallarına, bayramlara və daha çox bu kimi aktivitələrdən faydalana bilər. Şəhərləri 7/24 aktiv olan bir ölkədir Polşa. Bundan başqa geyimləri, konsertləri və bir çox digər əyləncə tədbirləri ilə qeyd olunan və yalnız ölkənin tələbələri və gəncləri üçün təşkil edilən Juvenilia adlı dünya miqyasında məşhur festival keçirilir.
İnkişaf edən Polşa təhsil sektoru
Milli hökumət təhsil sektoruna davamlı investisiyalar yatırır. Polşanın ən qədim akademik institutlarının tarixi 1364-cü ilə gedib çıxır və dünyanın ən yaxşı universitetləri arasında sayılır! Ölkənin təhsil sektoru dünyanın hər yerindən tələbələrə təklif olunan zəngin tədqiqat imkanları ilə davamlı olaraq böyüyür. Polşa həmçinin 2000-dən çox elmi mərkəzə sərmayə qoyub və bu mərkəzlər öz tələbələrinə praktiki bacarıqların nümayişini təmin etmək üçün modernləşdirilib. Son illərdə Polşa hökümətinin qeyri-ənənəvi öyrənmə proqramlarına qoyduğu sərmayələr, tələbələrin müasir dövrün bacarıqlarını öyrənmələrinə kömək etmək üçün mühüm rol oyandı və inkişafın davamlılığını təmin etdi.
Polşada təhsil və təqaüd imkanları
Polşa Avropa Birliyi, eləcə də Qeyri Avropa Birliyi ölkələrindən olan tələbələrə hökumət tərəfindən dəstəklənən çoxlu sayda təqaüd proqramları təqdim edir. Hökumət, fondlar və hətta universitetlərin özləri vasitəsilə təqaüd verən çoxlu sayda qurum var. İnkişaf etməkdə olan ölkələrin vətəndaşları üçün proqramlar da daxil olmaqla müxtəlif təqaüd proqramları mövcuddur və bu təqaüdlərin əksəriyyəti Şərqi Avropa tərəfdaşlığı ölkələri tərəfindən təklif olunur. Sadəcə bu nüans özlüyündə Polşada təhsil almaq üçün güclü bir səbəbdir.
Polşada təhsillə yanaşı iş imkanları
Əvvəlki səbəblər arasında qeyd etdiyimiz kimi Polşa təhsil sistemi, tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirilməsi üzərində qurulub. Təhsil müddətində təcrübə proqramlarına qoşulmaq imkanlarınız mövcuddur. Bununla yananaşı iş imkanları kifayət qədər çoxdur.
Keçən il Polşada Silikon Vadisindən olan investorlar da daxil olmaqla, beş il əvvəlkindən iki dəfə çox xarici şirkət qeydiyyatdan keçib. 1989-cu ildən bəri ölkədə adambaşına düşən ÜDM 135% artmışdır. Güclü iqtisadiyyat, geniş spektrli investisiya stimulları və hərtərəfli dövlət dəstəyi sayəsində Polşa ən cəlbedici investisiya istiqamətlərindən birinə çevrilib, burada hesablamalara görə, investisiya qoyulmuş xarici kapitaldan əldə olunan gəlir digər Avropa ölkələrindən üç dəfə çox ola bilər. Polşa bu imknalara görə CD Projekt, LPP (Cropp, Reserved, Sinsay, House, Mohito), Asseco və Solaris Bus & Coach kimi nəhənglərin vətəninə çevrildi.
Ümid edirik ki, bu bloq sizə Polşada təhsil almaq üçün əsas səbəbləri araşdırmağa kömək etdi! Ali təhsilinizi Avropada davam etdirmək istəyirsinizsə EDWAYS mütəxəssislərimiz maraqlarınıza və istəklərinizə uyğun olaraq ən yaxşı proqramı və universiteti seçməkdə sizə kömək etmək üçün buradadırlar! Bu gün bizimlə ödənişsiz konsultasiya üçün qeydiyyatdan keçin!